Böyük Britaniyanın Nyukasl şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır
London, 3 mart (AZƏRTAC). Britaniyanın “Newcastle” Universitetində fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində aksiya keçirilmişdir.
Aksiyada azərbaycanlı tələbələr Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti ilə bağlı faktların əks olunduğu plakatları nümayiş etdirmişlər.
Aksiya çərçivəsində soyqırımla maraqlanan müxtəlif ölkələrin təmsilçilərinə Xocalı faciəsini əks etdirən broşurlar paylanmışdır.
Tədbir çərçivəsində həmçinin, imza kampaniyası təşkil edilmiş 400-ə yaxın petisiya imzalanmışdır.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]