Azərbaycan Dövlət İnformasiya Agentliyi

Böyük Qayıdışın şəhərsalma modeli: Qarabağın və Şərqi Zəngəzurun sıfırdan formalaşdırılan arxitekturası

Böyük Qayıdışın şəhərsalma modeli: Qarabağın və Şərqi Zəngəzurun sıfırdan formalaşdırılan arxitekturası

Bakı, 14 aprel, AZƏRTAC

Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı tarixi Zəfər regionda təkcə yeni geosiyasi reallıqlar yaratmayıb, həm də misilsiz quruculuq erasına keçiddə mühüm rol oynayıb. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa işləri öz miqyasına və tempinə görə müasir dünya tarixinə "Azərbaycan modeli" kimi daxil olmaqdadır. Bu nəhəng prosesin ana xəttini müasir, dayanıqlı və rəqəmsal texnologiyalara əsaslanan şəhərsalma konsepsiyaları təşkil edir. Otuzillik işğal dövründə yerlə-yeksan edilmiş şəhər və kəndlərimiz indi “sıfırdan” inşa edilərək, dünyanın ən müasir urbanizasiya standartlarının tətbiq edildiyi tikinti meydançasına çevrilib.

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan bu innovativ şəhərsalma modelləri ölkəmizin qlobal urbanistika sahəsindəki nüfuzunu daha da artıraraq, Bakının 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməsinə zəmin yaradıb. Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı tərəfindən dəstəklənən bu möhtəşəm tədbirə ev sahibliyi etməsi, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin bariz nümunəsidir. Azərbaycan təcrübəsi, xüsusilə postmünaqişə dövründə şəhərlərin sürətli və dayanıqlı bərpası nümunəsi forum çərçivəsində dünya ictimaiyyətinə təqdim olunacaq. WUF13 platforması vasitəsilə Azərbaycan özünün “ağıllı şəhər” və “yaşıl enerji” zonaları konsepsiyalarını qlobal urban inkişaf gündəliyinə inteqrasiya etmək imkanı qazanacaq.

AZƏRTAC azad edilmiş ərazilərdə həyata keçirilən yeni şəhərsalma siyasətinin prioritetlərini, strateji hədəflərini və əldə olunan mühüm nəticələri təhlil edir.

Qarabağ və Şərqi Zəngəzurda quruculuq işlərinin geniş vüsət almasının əsas səbəblərindən biri hələ ötən əsrin 1990-cı illərindən başlayan işğal və talan nəticəsində şəhərlərimizin tamamilə xarabalığa çevrilməsi, bütün infrastrukturun məhv edilməsidir. Bu vəziyyət Azərbaycan qarşısında dünyada bənzəri az olan bir çağırış qoydu: şəhərləri bərpa etmək deyil, onları məhz sıfırdan qurmaq.

Azad edilmiş ərazilərin dirçəldilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılan möhtəşəm Qələbədən dərhal sonra dövlət siyasətinin mərkəzinə çevrildi. Dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu prosesin genişmiqyaslı yol xəritəsini müəyyən etdi. Strateji əhəmiyyəti nəzərə alınaraq, Böyük Qayıdış prosesi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərinə daxil edildi. Bu mərhələ yalnız fiziki bərpa prosesi deyil, həm də regionun yeni urban inkişaf modelinin formalaşdırılmasıdır. Layihələr “ağıllı” şəhər və kənd konsepsiyaları, yaşıl enerji zonaları və inklüzivlik prinsipləri üzərində qurulub. Memarlıqda milli ənənələrə sadiqliklə müasir urbanistika standartlarının vəhdəti isə aparılan bütün işlərdə əsas meyar kimi qəbul edilir.

Azərbaycanın tətbiq etdiyi bu yeni şəhərsalma konsepsiyalarının beynəlxalq müstəvidə təqdimatı dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Son illərdə Ağdam, Zəngilan və Xankəndidə keçirilən Azərbaycan Milli Şəhərsalma forumları Qarabağın təkcə bərpa meydanı deyil, həm də qlobal urban inkişaf mərkəzinə çevrildiyini sübut etdi. Prezident İlham Əliyev bu forumları azad edilmiş ərazilərin inkişaf trayektoriyasını müəyyən edən mühüm platformalar kimi səciyyələndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edərək, həm də dünya şəhərsalma elminə yeni yanaşmalar təqdim edir. Bu təşəbbüslər artıq milli çərçivəni aşaraq, beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi mərkəzinə çevrilib.

Dövlət başçısının qlobal miqyasda bəyan etdiyi bu prinsiplər artıq yerlərdə – hər yaşayış məntəqəsində “ağıllı şəhər” həlləri şəklində tətbiq edilir. Bunun ilk nümunəsi Zəngilanın Ağalı kəndidir. Fərdi yaşayış evləri, yüksəksürətli internet, Günəş panelləri və digər texnoloji həllər Ağalını regionun ən müasir yaşayış məntəqələrindən birinə çevirib. Bu müasir yanaşma digər qəsəbə və kəndlərin inşasında da fundamental əsas götürülür.

Kəndlərin dirçəlişi ilə yanaşı, şəhərlərin Baş planları da ardıcıl şəkildə təsdiqlənir. Ağdam, Füzuli, Şuşa, Kəlbəcər və digər şəhərlərin 2040-cı ilədək inkişafını nəzərdə tutan planlar tarixi irsi qorumaqla müasir infrastrukturu məharətlə birləşdirir. Regionu dünyaya bağlayan Füzuli, Zəngilan və Laçın Beynəlxalq hava limanları, həmçinin “Zəfər yolu” daxil olmaqla salınan magistrallar bölgənin həm daxili, həm də logistik gücünü artırır.

İnfrastrukturun bu sürətlə qurulması, öz növbəsində, Böyük Qayıdış prosesini ciddi şəkildə sürətləndirib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 80 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Bu göstərici Böyük Qayıdışın yalnız kağız üzərində deyil, real həyatda və insanların gündəlik məişətində uğurla icra olunduğunun bariz nümunəsidir.

Məskunlaşma prosesi ilə paralel olaraq, bölgədə iqtisadi aktivlik də mütəmadi artmaqdadır. Ağdam Sənaye Parkında artıq 1000-ə yaxın daimi iş yeri yaradılıb və bura regionun yeni sənaye mərkəzinə çevrilib. Buraya yatırılan 150 milyon manata yaxın sərmayə qeyri-neft sektorunun inkişafına mühüm töhfədir. Qardaş ölkələr – Özbəkistan və Qazaxıstanın dəstəyi ilə Füzulidə inşa edilən məktəb və yaradıcılıq mərkəzi isə beynəlxalq həmrəyliyin və ortaq tarixin ən gözəl nümunələrindən sayılır.

Lakin bütün bu nəhəng nailiyyətlərin fonunda azad edilmiş ərazilərin bərpasında ən böyük maneə minalanmış torpaqların təmizlənməsidir. Ərazisinin böyük hissəsi işğal edilən və yerlə-yeksan olunan Ağdam “Qafqazın Xirosiması” adlandırılıb. Füzuli rayonu isə minalanma səviyyəsinə görə ən kritik bölgələrdəndir – burada 100 mindən çox mina basdırılıb. İşğaldan azad edilmiş bütün ərazilərdə isə basdırılmış mina sayı 1 milyondan çoxdur. Bu vəziyyət insan təhlükəsizliyi baxımından ciddi çətinlik yaratsa da, minaların təmizlənməsi, elektrik, su və rabitə xətlərinin bərpası kompleks şəkildə davam etdirilir. Həmçinin monitorinqlər zamanı bəzi su hövzələrində aşkarlanan ağır metallarla çirklənmə kimi ekoloji problemlər də dövlətin diqqət mərkəzindədir.

Yekun olaraq qeyd etmək olar ki, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən şəhərsalma siyasəti Azərbaycanın yeni inkişaf modelinin əsas sütunlarından biridir. Bu model yalnız dağıntıların bərpasına deyil, həm də müasir, dayanıqlı və innovativ inkişaf mühitinin formalaşdırılmasına xidmət edir. Böyük Qayıdış çərçivəsində həyata keçirilən layihələr Qarabağı ölkənin ən perspektivli inkişaf zonasına çevirməklə yanaşı, uzunmüddətli perspektivdə Azərbaycanın regional inkişaf modelinin əsas dayaqlarından birinə çevriləcəkdir.

Müxbir - Ceyhun Xəlilov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib