“BP-Azərbaycan” şirkəti ətraf mühitin sağlamlaşdırılması istiqamətində uğurlu layihələrə imza atmışdır
Bakı, 3 noyabr (AZƏRTAC). “BP-Azərbaycan” şirkəti Xəzər dənizində neft-qaz hasilatı və geoloji-kəşfiyyat işlərində uğur qazanmaqla yanaşı, ətraf mühitin sağlamlaşdırılması yönündə yeni layihələr həyata keçirir.
Bakı Ekspo Mərkəzində geniş ekspozisiya ilə təmsil olunan şirkət burada böyük stendə malikdir.
Şirkətin ətraf mühit üzrə meneceri Faiq Əsgərov AZƏRTAC-a bildirmişdir ki, “BP-Azərbaycan” son illər Xəzər dənizinin ekologiyasının sağlamlaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Belə ki, çirkab sularını təmizləyən sistemlərin işinin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq konsultant “NTL Alaska” şirkətinin xidmətlərindən istifadə olunmuşdur.
2011-ci ildə isə DərSG platformasında çirkab sularının təmizlənməsi üçün sınaq modifikasiyaları aparılmış, həmçinin təhlükəli maye tullantıları utilizasiya edilmişdir.
Yenilklərdən biri də odur ki, hasil edilmiş lay suyunun təxminən 1 milyon 208 min 585 kubmetri laya vurulmaq və atılmaq üçün dənizə qaytarılmışdır. Bundan başqa, dənizdə, sahilyanı ərazilərdə və quruda ətraf mühitin monitorinqi keçirilmişdir. Ötən 7 ildə bu sahədə ümumilikdə 90 monitorinq tədqiqatı yerinə yetirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]