BP-NİN UŞAQLARA HƏDİYYƏSİ
Bir il əvvəl şəhər icra hakimiyyətinin təşəbbüsü ilə internat məktəbinə çevrilmiş bu təhsil ocağında aztəminatlı ailələrdən olan, habelə hər iki valideynini itirmiş 317 uşaq dövlət hesabına yaşayır və oxuyur. bp-nin nümayəndələri məktəbə “Cenerall” markalı 4 split-kondisioner, televizor, habelə çoxlu müxtəlif idman ləvazimatı bağışlamışlar.
Şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov AZƏRTAC-ın müxbirinə bilirmişdir ki, Sumqayıt rəhbərliyi məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsinə, uşaqların təhsilinin və asudə vaxtının təşkili üçün daha yaxşı şərait yaradılmasından ötrü sahibkarları da cəlb edir.