Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və üç saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar.
Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, görüşdə tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəldilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [08:03]
Xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb VİDEO
- 14.07.2026 [18:29]
Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir
- 13.07.2026 [16:46]
Baş nazir Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Tovuzda qətl hadisəsi baş verib
- [14:13]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Yekaterinburqa dron hücumu olub
- [08:55]