Braziliya millisinin baş məşqçisi ilə müqavilənin müddəti uzadılıb
Bakı, 26 iyul, AZƏRTAC
Braziliya Futbol Konfederasiyası milli komandanın baş məşqçisi Tite (əsl adı Adenor Leonardo Bakşi) ilə müqavilənin müddətini uzadıb.
AZƏRTAC xəbər verir ki, 57 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər yığmanın sükanı arxasında olacaq.
Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinin baş məşqçisidir. Onun rəhbərliyi ilə komanda Rusiyada keçirilən XXI dünya çempionatının dörddəbir finalında Belçikaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Braziliya yığması Tite ilə keçirdiyi 26 oyunun 20-də qalib gəlib və yalnız iki qarşılaşmada meydanı məğlub tərk edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]