Braziliyalı nümayəndə: COP29-da beynəlxalq əməkdaşlığın daha da güclənəcəyini gözləyirik
Bakı, 15 noyabr, AZƏRTAC
“Amazonun təkcə Braziliya və ya Cənubi Amerika üçün deyil, bütün dünya üçün əhəmiyyətli olduğunu düşünürəm. Ona görə də, Amazonun mühafizəsi və artıq deqradasiyaya uğramış ərazilərin bərpası üçün əməkdaşlığı və maliyyələşməni artırmalıyıq”.
Bu fikirləri COP29-un iştirakçısı olan braziliyalı nümayəndə, Sao Paulo Federal Universitetinin tədqiqatçısı Ronaldo Adriano Kristofoletti AZƏRTAC-a müsahibəsində deyib.
O, meşələrin qorunmasının maliyyə dəstəyinə ehtiyacı olduğunu vurğulayıb: “Ətraf Mühit Nazirliyimiz bu il meşə qırılmalarını 45% azaltmağı hədəfləyib. İqlim dəyişikliyi ilə mübarizə üçün meşələrə ehtiyacımız var. Meşələrin qorunması isə böyük maliyyə resursları tələb edir”.
Braziliyalı nümayəndə COP29 çərçivəsində beynəlxalq əməkdaşlığın güclənəcəyinə ümid etdiyini də bildirib: “COP29-da birlik olaraq daha da güclənəcəyimizi gözləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]