BRİTANİYA ALİMLƏRİ İNSANIN ƏHVALINI MÜƏYYƏN EDƏN KOMPYUTER SİSTEMİ YARATMIŞLAR
Kompyuter proqramı kameradan insanın əksini alaraq onun sifətində uyğun nöqtələri - burnunun ucunu, qaşlarını, dodağının künclərini və sairəni tapır. İnsan sifətində 24 belə nöqtə var. Bundan əlavə, alimlər sifət cizgilərinin başla təsdiq etmə, başı yelləmə, qaşları qaldırma və sair kimi 20 səciyyəvi hərəkətini də müəyyən etmişlər. Proqram bu hərəkətlərin kombinasiyasının təhlili əsasında nəticələr çıxarır.
Kembric Universitetinin professoru Piter Robinson demişdir: “Kiminsə sifəti arıqdır, kiminkisə kökdür, bəziləri eynək taxır, digərlərinin isə saqqalı var. Ancaq insanlar hisslərini, demək olar, eyni cür ifadə edirlər”.
Alimlər sistemi yoxlamaq üçün aktyorları dəvət etmişlər. Onlar müxtəlif hissləri ifadə edirlər. Robinson bildirmişdir ki, sistemdən kommersiya məqsədi ilə istifadə etmək olar. Məsələn, proqram veb-kameradan əksi alıb informasiyanı müvafiq reklam yerləşdirilmiş sayta ötürəcəkdir. Bundan əlavə, texnologiyadan yol hərəkətinin təhlükəsizliyini artırmaq üçün avtomobil sənayesində də istifadə oluna bilər. Sistem sürücünün əhvalını, darıxma, yorğunluq kimi hisslərini müəyyən edəcəkdir.
Sərgi iyulun 3-6-da Londonda keçiriləcəkdir.