Britaniyada deputatın həyat yoldaşı Çinə casusluq şübhəsi ilə saxlanılıb
London, 4 mart, AZƏRTAC
Bu gün Böyük Britaniyada üç nəfər Çinin xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək saxlanılıb.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, saxlanılanlardan birinin Leyboristlər Partiyasından deputat Coani Reydin həyat yoldaşı Devid Teylor olduğu bildirilir.
Coani Reyd məsələ ilə bağlı açıqlamasında bildirib ki, o, həyat yoldaşının biznes fəaliyyətində iştirak etmir və nə özü, nə də uşaqları bu istintaqın bir hissəsi deyil. “Mən heç vaxt həyat yoldaşımın hər hansı qanunu pozduğunu düşünməyə əsas verən bir şey görməmişəm. Media qurumlarının bizi istintaqın iştirakçıları kimi təqdim etməməsini gözləyirəm. Hər şeydən əvvəl isə uşaqlarımın şəxsi həyatına hörmət göstərilməsini istəyirəm”, – deyə o vurğulayıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]