Britaniyada minimum əməkhaqqı qaldırılır
London, 30 oktyabr, AZƏRTAC
Britaniyada minimum əməkhaqqı gələn il saatda 12,21 funt-sterlinqə qaldırılacaq.
AZƏRTAC xəbər verir ki, maliyyə naziri Reyçel Rivz İngiltərədə minimum əməkhaqqının gələn ilin aprel ayında artırılacağını deyib. Maliyyə naziri oktyabrın 30-da təqdim ediləcək büdcə açıqlamasından öncə 21 yaşdan yuxarı işçilər üçün saatlıq əməkhaqqının 12,21 funt-sterlinqə qaldırılacağını təsdiqləyib.
Belə ki, 21 yaşdan yuxarı işçilər üçün minimum əməkhaqqı 2025-ci ilin aprelindən etibarən 6,7 faiz artaraq saatda 11,44 funt-sterlinqdən 12,21 funt-sterlinqə qalxacaq. 18-20 yaş arası işçilər üçün isə minimum əməkhaqqı 8,60 funt-sterlinqdən 10 funt-sterlinqə yüksələcək. Hökumət bu artımdan üç milyondan çox işçinin faydalanacağını bildirsə də, işəgötürənlər bu əlavə xərclərin işçi sayını azaltmaq məcburiyyətinə səbəb ola biləcəyini qeyd ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]