Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti yaxşılaşır
Bakı, 9 aprel, AZƏRTAC
COVID-19 xəstəliyinə yoluxmuş Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti yaxşılaşmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Baş Nazirin dəftərxanasının rəsmi nümayəndəsi məlumat verib. “Baş Nazir Boris Conson gecəni yaxşı keçirib, St Thomas' Hospital xəstəxanasının reanimasiyasında onun vəziyyəti yaxşılaşmağa doğru gedir. O, yaxşı əhval-ruhiyyədədir”, - deyə rəsmi nümayəndə bildirib. Onun sözlərinə görə, Baş Nazir müstəqil nəfəs alır, lazım gəldikdə insanlarla əlaqə saxlaya bilir.
Martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü təcrid şəraitində saxlayan Baş Nazir aprelin 3-də videomüraciətdə hərarətinin yüksək olduğunu, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya çatdırılan Boris Conson ertəsi gün reanimasiyaya yerləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]