Brüsseldə NATO-nun 75 illik yubileyi qeyd olunacaq
Bakı, 4 aprel, AZƏRTAC
NATO 2024-cü ildə Kollektiv Müdafiə Alyansının qurulmasının 75-ci ildönümünü qeyd edəcək.
AZƏRTAC xəbər verir ki, NATO-nun ildönümü aprelin 4-də alyansın Brüsseldəki mənzil-qərargahında və təsis müqaviləsinin imzalandığı Vaşinqtonda iyulun 9-11-də qeyd olunacaq. Bu gün Brüsseldə keçiriləcək tədbirdə alyansa üzv ölkələrin xarici işlər nazirləri, o cümlədən ABŞ Dövlət katibi Entoni Blinken iştirak edəcək.
Tədbirdə NATO-nun Baş katibi Yens Stoltenberq simvolik şokoladlı tort kəsəcək, Belçika Hərbi Hava Qüvvələrinin və Niderland Hərbi Dəniz Qüvvələrinin orkestrləri NATO himnini - “Esprit de Corps”u və Stiven Spilberqin II Dünya müharibəsindən bəhs edən “Silah qardaşları” filmindən musiqiləri səsləndirəcək.
Qeyd edək ki, təsis edildiyi 1949-cu il aprelin 4-dən bəri alyans ölkələrinin sayı 12-dən 32-dək genişlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]
Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]