BTC-NİN TİKİNTİSİNƏ 2 MİLYARD DOLLAR VƏSAİT SƏRF OLUNMUŞDUR
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, bp və onun tərəfdaşları BTC-nin inşasına ümumilikdə 3 milyard dollar sərmayə qoymağı planlaşdırmışdır. Hazırda gündə kəmərin 1 kilometrdən artıq hissəsi çəkilir. Bu hesabla 2005-ci ilin əvvəlində - “Mərkəzi Azəri” yatağında ilk neftin hasilatına başlanılanadək kəmər istismara hazır olacaqdır.
N.Əliyev, həmçinin qeyd etmişdir ki, BTC ilə yanaşı, Cənubi Qafqaz qaz kəmərinin tikintisi də davam etdiriləcəkdir. Bir sıra Avropa ölkələri bu kəmərə çox böyük önəm verir. Artıq Avropa Yenidənqurma və İnkişaf Bankı “Şahdəniz” layihəsində Dövlət Neft Şirkətinin payını maliyyələşdirmək məqsədi ilə 170 milyon dollar kredit, eyni zamanda, şirkətdə struktur dəyişikliyi aparmaq üçün 1 milyon ABŞ dolları məbləğində qrant ayırmağı qərara almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:00]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [18:29]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:17]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [17:26]