Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq
Bakı, 9 iyun, AZƏRTAC
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoxlama oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, U-21 Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Sav” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da başlanacaq.
Qeyd edək ki, millimiz iyunun 6-da keçirilən ilk yoxlama oyununda Bəhreyn yığmasını 3:0 hesabı ilə məğlub edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]