Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Bakı metrosu işçilərinin peşə bayramıdır

Bakı, 6 noyabr, AZƏRTAC

57 il bundan əvvəl noyabrın 6-da Bakı şəhəri tarixinin mühüm səhifələrindən birinə çevrilən hadisə oldu: Bakıda metropoliten istifadəyə verildi.

AZƏRTAC metro işçilərinin peşə bayramı münasibətilə “Bakı Metropoliteni” QSC-nin 57 illik fəaliyyətinə nəzər salır.

Bakı metropoliteninin yaranma dövrünü müxtəlif baxış və yanaşmalarla bir neçə hissəyə bölmək olar. Əslində, tikinti-buraxılış mərhələləri hələ ilkin layihə işləri zamanı müəyyənləşdirilmişdi. Layihəçilər və inşaatçılar birlikdə tikintinin 4 növbədə aparılması barədə razılığa gəlmişdilər. Birinci növbənin uzunluğu 10,1 km olan birinci buraxılış sahəsinə indiki adlar ilə “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik”, “Nərimanov” və “Xətai” stansiyaları daxil idi. Birinci 5 stansiya 1967-ci il noyabrın 6-da, “Xətai” isə 1968-ci il fevralın 22-də istifadəyə verildi.

Bakı metropoliteninin tarixinə ictimai-siyasi aspektdən yanaşdıqda, onu üç mərhələyə bölmək olar: Heydər Əliyevdən əvvəlki dövr, Heydər Əliyev dövrü və İlham Əliyev dövrü. Metronun fəaliyyətinin 56-cı ilinin tamam olması ölkədə Ulu Öndərin 100 illik yubileyinin qeyd olunduğu bir vaxta təsadüf etdiyindən və ümumiyyətlə, metro tikintisi sahəsindəki əhəmiyyətli hadisələrin zənginliyini nəzərə alaraq, əsas diqqəti metronun inkişafının Heydər Əliyev dövrü üzərində cəmləşdirmək daha düzgün olardı.

Ötən əsrin yetmişinci illərində Heydər Əliyevin Azərbaycanın perspektivlərinə istiqamətlənən planlarından biri də nəqliyyat sisteminin, xüsusən Bakıda sərnişin nəqliyyatının problemlərinin həlli idi. Bu sahədə dünya təcrübəsinin ən mütərəqqi nümunələri, yerli şərait öyrənilir, müqayisəli təhlillər aparılmaqla doğru qərarlar, məsələnin ən optimal həlli yolları axtarılırdı. Ulu Öndər Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi, vəziyyətdən ən yaxşı çıxış yolunu metropolitenin inkişaf etdirilməsində görür, Bakı metropoliteninin tikintisində yaxın illərə istiqamətlənən planların sürətlə reallaşdırılmasını başlıca vəzifə hesab edirdi.

O vaxt respublikada mühüm strateji əhəmiyyətli məsələlər Moskvadakı mərkəzi hökumət tərəfindən həll edilirdi. Bakı metropoliteninin tikintisi də bu qəbildən idi və respublika hakimiyyətinin belə məsələlərə nüfuz etmək imkanı geniş deyildi. Respublikada dəmiryolu tikintisi və sənayenin digər sahələrinin inkişafı ilə bağlı Moskvaya ezam edilən heyət qarşısına Heydər Əliyev mühüm vəzifələr qoyurdu. Lakin Bakıda metro tikintisinin gələcəyi ilə şəxsən özü məşğul olur, lazım gəldikdə Moskvada mərkəzi hökumətin səlahiyyətli nümayəndələri, vəzifəli partiya xadimləri ilə şəxsən görüşür, məqsədə yol açan qərarların verilməsinə nail olurdu. Bu heç də asanlıqla başa gəlmirdi.

Ümumiyyətlə, Bakı metrosunun tikintisi üzrə Moskvanın qarşıya qoyduğu tələblər perspektivə baxış sarıdan bəzi hallarda qüsurlu idi. Layihələrin maliyyə dəyərinin aşağı salınması tələblərinə qarşı çıxan yerli mütəxəssislərin belə halların gələcəkdə böyük problemlər yaradacağı barədə xəbərdarlıqlarına lazımi əhəmiyyət verilmirdi. Bakı metrosunun birinci buraxılış sahəsi üzrə layihələrin SSRİ Nəqliyyat Tikintisi Nazirliyində müdafiəsi zamanı nazir işlərin maliyyə həcmini aşağı salmaq üçün stansiyaların sərnişin platformalarının uzunluğunu ixtisar etməyi və bununla da daha az vaqonlu qatarların istismarını nəzərə almağı təklif etdi. O vaxt “Bakımetrolayihə” İnstitutunun direktoru Konstantin Sençixin nazirin bu təklifinin əsassız, hətta zərərli olduğunu tutarlı faktlarla sübut edib, bu təkliflə razılaşmadığını bildirdi.

Moskva Bakıda metro tikintisinin həddən artıq maliyyə vəsaiti tələb etdiyini səbəb gətirərək, tikintini respublikanın öz vəsaiti hesabına aparılmasını daha məqbul sayırdı. Xərclərin aşağı salınması barədə edilən təkliflərin çoxunu Heydər Əliyev qəbuledilməz sayırdı. Çünki bu təkliflər şəhərsalma prinsiplərində o dövr üçün problemlər, xüsusən sıx məskunlaşma sahələrində insanlar üçün münasib infrastrukturun qurulması, yaşayış rayonlarının salınması prinsiplərinə ziddiyyət təşkil edirdi. Buna görə 1970-ci illərdə də respublika rəhbərliyi Bakı üçün belə əlverişsiz təkliflərdən inadkarlıqla imtina etdi. “Nərimanov” stansiyasından sonrakı 2,2 kilometrlik yol və “Ulduz” stansiyası bu prinsipiallığın arzu olunan nəticəsi oldu.

“Ulduz” stansiyasının istifadəyə verilməsindən iki il yarım sonra metro xətləri inkişafda olan böyük yaşayış massivinə - “8-ci kilometr”ə qədər uzadıldı. Bakıda metronun açılmasının beşinci ildönümü günündə - 1972-ci il noyabrın 6-da “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”), “Neftçilər” stansiyalarının qapıları sərnişinlərin üzünə açıldı. Bu münasibətlə “Neftçilər” stansiyasının üzərindəki meydanda keçirilən mitinqdə çıxış edən Ulu Öndər metro inşaatçılarını, istismarçıları, bu rayonda yaşayan əhalini, bütün bakılıları əlamətdar və tarixi hadisə münasibətilə təbrik etdi. Metro inşaatçılarının fədakar əməyini yüksək qiymətləndirdi.

Müstəqilliyin ilk ağır illərində təchizatı keçmiş SSRİ respublikalarından asılı olan və itirilmiş iqtisadi əlaqələr zəminində tənəzzülə uğrayan Bakı metrosunun yeni dirçəliş dövrünün də memarı elə Heydər Əliyev özü oldu. Heydər Əliyev irsinin varisi cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən sonra metronun yeni inkişaf xətti müəyyən edildi. Ən əsası, vaqon parkının yenilənməsi üzrə Heydər Əliyevin başladığı işin davamı olaraq, 2011-ci ilə kimi metropolitenə 155 yeni vaqon gətirildi. 2006-cı ildən tikintidə də canlanma başladı. 2008-2011-ci illərdə “Nəsimi”, “Azadlıq prospekti” və “Dərnəgül” stansiyaları sərnişinlərin ixtiyarına verildi. 2011-ci il martın 18-də imzalanmış Sərəncamla "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”i təsdiq olundu.

Yeni dövr, yeni tələblər, yeni istiqamət bu konsepsiyanın əsas təməli idi. O, təkcə Bakı metrosunun yeni xətlərinin inşasını deyil, mövcud infrastrukturunun da müasir tələblər səviyyəsinə qaldırılmasını, Avropa və dünyanın innovativ yeniliklərinin sürətli tətbiqini nəzərdə tuturdu. Bu səbəbdən 2014-cü ildə tikinti və istismar sahələrinin vahid mərkəzdə birləşməsini özündə ehtiva edən Sərəncamla “Bakı Metropoliteni” QSC təsis edildi. Onun ilk bəhrəsi isə yeni nəsil qatarların 2015-ci ildə Bakıya gətirilməsi oldu. Ötən dövr ərzində bu qatarların sayı 30-a çatdırılıb. Onlardan 7-si məhz bu günlərdə - 2024-cü ilin noyabrında cənab Prezident İlham Əliyevin xeyir-duası ilə xəttə verildi. Bu dəfə xəttə buraxılan qatarların əsas yeniliyi ondan ibarətdir ki, onlar Bakıda yığılaraq komplektləşdirilib. Vaqonlar “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal olunub. Vaqonların yığılması prosesi digər metropolitenlər üçün nəzərdə tutulmuş standart layihə əsasında aparılmadı.

Belə ki, “Bakı Metropoliteni” QSC özü Avropa istehsalçıları ilə 9 müqavilə imzalayaraq, avadanlıqların birbaşa Bakıya gətirilməsini təmin etdi. Nəticədə, yüksək keyfiyyət standartları təmin edilməklə yığılması Bakıda tamamlanaraq vaqonlar xəttə buraxıldı. Özü bir ekoloji layihə kimi diqqət çəkən, ətraf mühitə ən az zərər vuran nəqliyyat növlərindən biri kimi seçilən metropolitenin yeni qatarlarında ekoloji mühit xüsusi yer tutur. Elektrik enerjisinə qənaət baxımından işıqlanma sisteminin 25 faizə qədər qənaəti, həmçinin qatarlarda enerjinin rekuperasiyası imkanları xüsusi qeyd edilə bilər. Həmçinin mikroiqlim və ultrabənövşəyi nəzarət sistemi də salonda mühitin təmizliyinin formalaşmasını təmin edir. Metro tikintisi də bu illərdə yeni dəst-xətlə aparılır. 2011-ci ildə müstəqillik tarixində metropolitenin ilk xəttinin inşası üzrə işlər 2016-cı il aprelin 19-da xəttin ilk iki stansiyası olan “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılıb. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi Zəfərin şərəfinə “8 Noyabr” adlandırılan stansiya 2021-ci il mayın 29-da, “Xocəsən” stansiyası və eyniadlı depo isə 2022-ci il dekabrın 23-də fəaliyyətə başlayıb.

Yeni xətlər müasir dövrün standartlarına tam cavab verir, dünya standartlarına uyğun ən müasir idarəetmə sistemləri ilə təchiz olunub. Stansiyalarının sərnişin platformaları böyüyən Bakının tələblərinə uyğun 7 vaqonlu qatarların qəbulu üçün hesablanıb. Metropoliten ötən illərdə sürətlə yenilənib. “İçərişəhər”, “Sahil”, “28 May”, “Koroğlu”, “Xətai”, “Bakmil” və “Cəfər Cabbarlı” stansiyaları tamamilə yenidən qurularaq modernləşdirilib, infrastruktur müasirləşdirilib.

“28 May” və “Elmlər Akademiyası” kimi sərnişin axını əsaslı şəkildə çox olan dərin özüllü stansiyaların ikinci giriş-çıxışları istifadəyə verilib. Həmçinin “20 Yanvar”, “İnşaatçılar” stansiyalarının keçid və vestibülləri yenidən qurulub, müasir eskalatorlar istifadəyə verilib. “28 May”dan sonra “Xətai” və “Sahil” kimi dərin özüllü stansiyalarda eskalatorlar yenisi ilə əvəz olunarkən 3 əvəzinə 4 eskalatorun quraşdırılması sərnişin rahatlığı və təhlükəsizliyini yeni standartlar səviyyəsinə çatdırıb. Bu illərdə “İçərişəhər”,“Sahil”, “Gənclik”, “Elmlər Akademiyası” kimi stansiyaların elektrik yarımstansiyaları da yenidən qurulub. Bu xüsusda qatarların hərəkətini təmin edən dartı funksiyalı 5 yarımstansiyadan birinin əsaslı təmir edilərək modernləşdirilməsi enerji təhlükəsizliyinə töhfədir. Cari il də bu mənada xüsusi olub. Xətlərin kəsişdiyi nöqtədə yerləşən “28 May” elektrik yarımstansiyası rəqəmsal texnologiyalar və fərqli innovativ texnologiyaların tətbiqi ilə yenidən qurulub.

Son illərdə müasir tələblər səviyyəsində sürətlə yeniləşən “Nərimanov” elektrik deposunda da iki elektrik yarımstansiyası artan tələbatı qarşılayır. Depoda metro tarixində ilk dəfə əvvəllər ölkə xaricində təmir edilən vaqonların orta və əsaslı təmiri üçün sex inşa olunub. Müasirliyin standartı isə elektrik mühərriklərinin əsaslı təmiri sexləri olub. Artıq burada vaqon, nasos, ventilyator, eskalator və s. sahələrinin hər növ elektrik mühərrikləri ən yüksək standartlarla təmir edilir. Qatarların cari təmiri sexi isə ən müasir standartlarla təmin edilməklə, hətta yeni nəsil vaqonların da bütün növ təmirinə qadir səviyyəyə çatdırılıb. Bunun üçün ən müasir iş yerləri qurulub, dəzgah, avadanlıq və tərtibatlar alınıb. Baxış-qulluq sahələrinin tən yarısı da yenilənib və burada qatarların xidməti zamanı bir sıra təmir işlərini aparmaq qatarların xəttə verilməsi üçün ən müasir kommutasiya sistemləri, eləcə də yeni nəsil qatarların kondisioner sisteminə qulluq üçün şərait yaradılıb.

Depo tarixinə bu il də innovasiyalar ili kimi düşəcək. Burada icra olunan layihələr məhz 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin və dünyanın ən mötəbər tədbirinin - Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının növbəti Tərəflər Konfransının (COP29) ruhuna uyğun olaraq həyata keçirilib. Qatarların təmirinin avtomatlaşdırılması kimi unikal rəqəmsal layihə illərlə qalaq-qalaq jurnal və kağızlarda qeydiyyatı aparılan prosesi tam elektron vəziyyətə gətirib. Artıq maşinistin jurnalda qeydinə, təmir sahəsinin təmir işini bu qeydləri əldə edərək aparmasına, bütün bunların hər bir vaqon üçün böyük sənədlərdə yığılaraq arxivlənməsinə lüzum qalmır. Əvəzinə maşinistin və ya planlı təmirin elektron qeydini dərhal monitorunda görən təmir sahəsinin çevik işi təmin ediləcək. Qatarların xətlərdə qət etdiyi məsafə mexaniki qaydada ölçülmədən hər bir qatarda və stansiya yollarında quraşdırılmış cihazla avtomatik qeydə alınacaq. Bütün bunlar qatarlarda təmirin daha düzgün proqnozlaşdırılması, vaxtında aparılmasını təmin edir. Ən əsası, ehtiyat hissələrinin satınalınması ilə bağlı, o cümlədən materialların silinməsi ilə əlaqədar böyük zəhmət və vaxt tələb edən prosedurları aradan qaldırılır. Bütün layihənin məğzi ondan ibarətdir ki, bu proseslər nəticəsində məhz Azərbaycanın sahibkarlıq subyektləri ilə əməkdaşlıq şəraitində həyata keçirilməklə həm vəsaitə qənaət edilir, həm də dünya səviyyəsində trendə çevriləcək informasiya-kommunikasiya texnologiyası məhsulu ərsəyə gətirilir. Yaşıl dünyamıza daha bir dəstəyin nümunəsi Bakı metrosunda qatarların yuyulması prosesinin yenidən qurulmasıdır. Bu zaman suyun yenidən emalı və dövriyyəyə qaytarılması, yumadan sonra emala yaramayan suların belə ekoloji standartlar səviyyəsində təmizlənməsi xüsusi qeyd edilə bilər. Lakin ən mühüm texnoloji yenilik metro tarixində ilk dəfə vaqonların üfürülməsi prosesi çərçivəsində vaqonaltı avadanlıqların da yuyularaq təmizlənməsi ilə bağlıdır. Bu isə o deməkdir ki, bu proseslərin hər biri tam ekoloji standartlar səviyyəsində həyata keçirilir. Burada istifadə edilən sular da Bakı metropoliteninin daha bir ekoloji layihəsidir. Bu məqsədlə depo ərazisində qrunt sularının təmizlənərək vahid mənbədə toplanması və daha sonra tərkibi yoxlanılaraq texniki su kimi istifadəyə yararlı vəziyyətə gətirilməsi xüsusi qeyd oluna bilər. Su sayğaclarının tətbiqi ilə bütün sahələrdə aparılmış monitorinqlər əsasında həyata keçirilən daha bir layihə ilə suyun istifadəsində əsaslı qənaətə də nail olunub.

Depoda 2024-cü ilin daha bir uğurlu tarixi layihəsi də rəqəmsal texnologiyalara söykənir. Bakı metrosunda təkər cütlərinin vaqon altından çıxarılmadan yonulması məqsədilə Türkiyə istehsalı olan avadanlıq quraşdırılıb. Yenicə istifadəyə verilən bu qurğu 3-5 gün ərzində həyata keçirilən təmir prosesini, itkisiz olmaqla, bir neçə saata qədər azaldıb. Rəqəmsal texnologiyalar təkər səthinin yonulma həddini belə normativlərə uyğun müəyyən edir. Başqa sözlə, metropoliten burada nəinki vaxt və keyfiyyətdə uğur əldə edir, eyni zamanda, elektrik enerjisi, qatarların manevri, işçi əməyi də daxil olmaqla, bu yenilik son illərdə qatarların xətlərdə intensiv hərəkətinin təşkilində ehtiyatın möhkəmlənməsinə daha bir töhfə verir.

Ekoloji layihələrdən danışarkən metroda son illərdə həyata keçirilən layihələrin hər birində enerjiyə qənaət prinsipinin yeni texnologiyalarla həyata keçirilməsi xüsusi yer tutur. Tunel və stansiyalarda, eləcə də vaqonlarda işıqlanma sisteminin təkcə müasir standartlara uyğunlaşdırılması ilə bağlı deyil, həm də ekoloji töhfəsi olan layihələr həyata keçirilib. 1 kVt elektrik enerjisinin orta hesabla 0,23314 kq karbon emissiyası atması əsas götürülərsə, bu, il ərzində stansiyalarda 375,355 kq karbon dioksid emissiyası deməkdir. Təkcə tunellərdə istifadə üçün 10 min 20 Vt gücündə LED lampalar quraşdırılıb. Bundan öncə istifadə edilən lampalar 100 Vt və 60 Vt gücündə olub. 10 min 20 Vt-lıq LED lampanın istifadəsi nəticəsində qənaətin verdiyi xeyir 100 kq-dək karbon dioksid emissiyası qədərdir. Eyni zamanda, vaqonlarda LB tipli salon işıqlarının yeni LED tipli lampalarla əvəz olunub. Gözləntilərə əsasən LED lampalar sayəsində 876 min kVt saat elektrik enerjisinə qənaət edilir. Bunlar həm ekoloji layihə, həm də qənaət deməkdir. Əvvəllər antisanitariya vəziyyətinin hökm sürdüyü tullantılar və bataqlıq ərazidə olan “Xocəsən” elektrik deposunda 2000-dən çox çinar, şam və zeytun ağacları əkilib. İndi qəsəbənin ekomühiti bu depo ilə dəyişib. Üstəlik, deponun 2-3 ha-lıq yaşıllıq ərazisində damcı suvarma sistemi quraşdırılıb. Bu sistem eroziya və torpaq itkisinin qarşısını alaraq ekoloji mühitə fayda gətirir və torpağın daha az sərtləşməsi müşahidə olunur. Eləcə də buxarlanma zamanı su itkisi minimuma endirildiyi üçün suyun istifadəsində 50 faizə qədər azalma müşahidə olunur. Metropolitendə yaşıllaşdırma aksiyaları müntəzəm olaraq təkcə iki depo ərazisində deyil, həmçinin Bakı metropoliteni stansiyalarında, şaxtalarında və digər obyektlərində də müntəzəm aparılır.

Son illərin ən böyük uğurlarından biri kimi dəmir-beton blokların tətbiqi də həm yeni texnoloji inkişafın, həm də ekoloji standartların yeni tətbiqi mərhələsindən də bəhs etmək olar. Artıq dəmir-beton blokların qatarların hərəkətini dayandırmadan belə həyata keçirmək mümkündür və belə bir layihə “İçərişəhər” stansiyasının yolunda uğurla tamamlanıb. Dispetçer mərkəzlərinin işinin optimallaşdırılması, təlim-tədris mərkəzində yeni layihələrin başlanması, gənc kadrların daha sürətlə inkişafı və yüksəlişi ilə bağlı innovativ proqramlar, nasos sahəsində yenidənqurma zamanı qənaətcil müasir sistemlərin tətbiqi, təbii havalandırma imkanlarının genişləndirilməsi məqsədilə 6 dampfer qurğusunun tətbiqi və s. yeniliklər dövrün tələbləri ilə səslənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL

Valeri Çeçelaşvili: Vaşinqton Sammiti Cənubi Qafqazda sülh üçün möhkəm təməl yaratdı

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Deputat: Vaşinqton razılaşmaları Cənubi Qafqazın dinc gələcəyi üçün mühüm platforma rolunu oynayır

Ağdaşda baş vermiş hadisə ilə bağlı polis araşdırma aparır

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

FHN: Sumqayıtda sexdə baş verən yanğın söndürülüb VİDEO

Naxçıvanda avqust ayının pensiyaları ödənilib

Prezident İlham Əliyevin sülh təşəbbüslərinin nəticəsi: Azərbaycan və Ermənistan bir-birini potensial tərəfdaş kimi qəbul edir

DİN: Dünən əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti dəfə buğda və daş kömür tədarük edilib VİDEO

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB VİDEO

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir