Bu gün Fransada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək
Bakı, 7 may, AZƏRTAC
Bu gün Fransada yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı start götürəcək.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edəcək. Yarışda Nurlan Kərimli, Turan Bayramov (60 kq), Qasım Vəlizadə, Elvin Bağırov (66 kq), Məmmədrza Hacızadə, Qədir Hüseynov, Vüsal Qələndərzadə, Ömər Qarayev (73 kq), Ömər Rəcəbli, İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (90 kq), Ruslan Nəsirli, Sabir İsayev (100 kq), Kənan Nəsibov, Hüseyn Məmmədov (+100 kq) iştirak edəcəklər.
İki gün davam edəcək turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]