Bu gün İngiltərə Premyer Liqasının XXXII turuna start veriləcək
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də İngiltərə Premyer Liqasının XXXII turuna start veriləcək. İki gün davam edəcək turun açılış günündə səkkiz qarşılaşma oynanılacaq.
AZƏRTAC xəbər verir ki, “Everton” doğma meydanda çempionatın lideri “Mançester Siti”ni qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:30-da səslənəcək. “Svonsi Siti” klubu isə çempionatda ikinci sırada qərarlaşan “Mançester Yunayted”in qonağı olacaq.
Turun mərkəzi görüşü “Stenford Bric” arenasında keçiriləcək. Son çempion “Çelsi” aprelin 1-də “Tottenxem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək 159 dəfə qarşılaşıblar. 68 matçda “Çelsi”, 51 görüşdə “Tottenhem” qalib gəlib. Qırx matç isə heç-heçə başa çatıb.
Hazırda Premyer Liqaya 81 xalla “Mançester Siti” liderlik edir. “Mançester Yunayted” (65 xal), “Liverpul” (63 xal) üçüncü, “Tottenhem” (61 xal) dördüncü sırada yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]