Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün istedadlı Azərbaycan gənclərinin sorağı dünyanın ən nüfuzlu universitetlərindən gəlir

Bakı, 1 avqust (AZƏRTAC). Xaricdə təhsil, ümumiyyətlə, xaricdə kadr hazırlığı beynəlxalq təcrübədə kifayət qədər zəngin ənənələrə malikdir.

Azərbaycanda da xaricdə təhsilin tarixi kifayət qədər zəngindir. Soydaşlarımız ötən əsrlərdə də müxtəlif ölkələrdə təhsil almışlar. Planlı və məqsədyönlü şəkildə, dövlət səviyyəsində xaricdə təhsil isə XX əsrin əvvəllərindən, yəni Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə 1919-cu ildə 100 nəfərdən çox azərbaycanlı gəncin xaricə ali təhsil almağa göndərilməsi ilə başlanır. Bununla da Azərbaycanın təhsil tarixində dövlət səviyyəsində azərbaycanlıların xaricdə təhsil almalarının təməli qoyulmuşdur. Lakin məlum səbəblərdən xalqımız xaricdə təhsil almağa göndərilən bu soydaşlarımızdan yetərincə bəhrələnə bilməmişdir.

Keçmiş sovetlər dövründə də respublikadan kənarda təhsil almaq təcrübəsi mövcud olsa da, bu, həm məzmun, həm də miqyas baxımından fərqlənmişdir.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra xaricdə təhsil sahəsində, sözün əsl mənasında, dirçəlişin əsası qoyulmuşdur. Bunu faktlar da təsdiqləyir. 1969-1970-ci dərs ilində nəzərdə tutulan 60 nəfərdən 47-si respublikadan kənara təhsil almağa göndərilmişdisə, 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olmuş və sonrakı illərdə bu artım yüksələn xətt üzrə davam etdirilmişdir.

Təqdirəlayiq haldır ki, Azərbaycan yenidən öz müstəqilliyini əldə etdikdən sonra dünyanın bir çox ölkələri ilə təhsil sahəsində səmərəli əməkdaşlıq əlaqələri qurmuşdur. Hazırda ölkələr arasında humanitar sahədəki beynəlxalq əməkdaşlıqda xaricdə təhsil xüsusi yer tutur. Bu istiqamət Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Bu gün ölkəmiz dünyanın 40-dan çox dövləti ilə təhsil üzrə əlaqələr yaratmışdır.

Təhsil sahəsində ildən-ilə genişlənən əməkdaşlıq istiqamətlərindən biri də tələbə mübadiləsidir. Azərbaycan gənclərinin dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrində təhsil almaları həm dövlət, həm də özəl üsullarla təmin edilir.

Müstəqil respublikamızın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoymuşdur. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirmişdir.

Azərbaycanlı gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almasını və ölkənin inkişafında yaxından iştirak etməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” 2006-cı il 19 oktyabr tarixli Sərəncamına uyğun olaraq istedadlı Azərbaycan gənclərinin xaricdə təhsilinin təşkili istiqamətində vahid sistemi yaradılmışdır.

Proqram çərçivəsində 2007-2015-ci illərdə 5 min azərbaycanlı gəncin xarici ölkədə təhsil alması nəzərdə tutulmuşdur.

Yuxarıda adı çəkilən sənəd əsasında son beş ildə 1203 azərbaycanlı gənc dünyanın bir çox ölkələrinin ali məktəblərinin bakalavr, magistratura və doktorantura pilləsində təhsil almışdır.

Dövlət Proqramının 5-ci ilində xaricdə təhsil almaq hüququ qazananların sayı proqramın icra tarixində ilk dəfə olaraq 400 nəfərdən artıq olmuş və müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan Respublikasının daha sürətli və dinamik inkişafına töhfə vermək məqsədi ilə ehtiyac duyulan ixtisaslar üzrə kadr hazırlığı siyasəti davam etdirilmişdir. Artıq Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq bu tədris ilində dünyanın aparıcı ali məktəblərində müxtəlif təhsil səviyyələrində ölkəmizin ehtiyac duyduğu prioritet ixtisas sahələri üzrə təhsil alan tələbələrimizin sayı 853-ə çatdırılmışdır. Cari tədris ilində təhsil almaq üçün Azərbaycandan göndərilən tələbələrin ölkələr üzrə siyahısındakı ilk 3 yeri - qardaş Türkiyə, Böyük Britaniya və Almaniya

tutmuşdur.

Hazırda gənclərimizin böyük əksəriyyəti xarici ali məktəblərdə tibb, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə təhsil alır.

Onu da qeyd edək ki, 2010/2011-ci tədris ilindən etibarən mühəndislik, İKT, neft sənayesi və digər bu kimi sahələr prioritet istiqamətlər elan olunduqdan sonra bu ixtisaslar üzrə təhsil alanların sayı artmışdır.

Bütün bunlara baxmayaraq respublikamız üçün çox ehtiyac duyulan riyaziyyat, fizika, kimya, biologiya, kənd təsərrüfatı və ekologiya sahələri üzrə xaricdə təhsil almaq istəyənlərin sayı arzuolunan səviyyədə deyil. Problemin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Xaricdə təhsilin ikinci forması müxtəlif təşkilatların həyata keçirdikləri müsabiqələr vasitəsilə qazanılan xaricdə təhsil proqramlarıdır. Azərbaycanda fəaliyyət göstərən belə təhsil mübadilə təşkilatları və onların həyata keçirdikləri proqramların sırası olduqca genişdir. ABŞ-ın ACCELS (Amerika Təhsil Şurası), İREX, World Learning, Böyük Britaniyanın British Counsil, Almaniyanın DAAD təşkilatlarının Bakıdakı nümayəndəlikləri, habelə Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Misir, Polşa və digər ölkələrin Bakıdakı səfirlikləri tərəfindən belə təqaüd proqramları elan olunur. Say baxımından ABŞ və Almaniyada həyata keçirilən təqaüd proqramları daha çoxdur.

Hazırda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində 5 mindən artıq tələbə respublikamızdan kənarda təhsilini davam etdirir.

Bu barədə daha yaxından məlumat almaq üçün beynəlxalq əməkdaşlıq çərçivəsində hazırda xaricdə magistr təhsili alan Azərbaycan gənclərinin fikirlərini öyrəndik.

Türkiyənin Sakarya Universitetində magistr təhsili alan Elşən İsayev deyir: “Mənim fikrimcə, tələbə mübadiləsi ölkələr arasındakı əlaqələri daha da möhkəmləndirir. Belə əməkdaşlıqlar təhsilin və dolayısı ilə bir çox digər sahələrin inkişafına müsbət təsir edir. Burada təhsil alan azərbaycanlı gənclərin üzərinə böyük məsuliyyət düşür. Biz Türkiyənin təhsilində olan inkişaf yolunu mənimsəyib, ölkəmizdə tətbiq edə bilərik. Türkiyə bizim üçün də, öz tələbələrinə verdiyi kimi, bərabər hüquqlar verir.

Eni zamanda, Berlindəki Humboldt Universitetində magistr təhsili alan Şahin Məmmədov da deyir ki, xaricdə təhsil bizə yüksək bilik və savad verməklə yanaşı, dünyagörüşümüzün formalaşmasında da böyük rol oynayır. Biz çalışırıq ki, Vətənimizə əsl mütəxəssis kimi qayıdaraq müstəqil Azərbaycanın daha da çiçəklənməsinə öz töhfəmizi verək.

Azərbaycanlı mütəxəssislərin dünyanın ən qabaqcıl ölkələrində təhsil almaları, müəyyən kurslar keçmələri ölkə gənclərinin təhsilində, onların bilik və savadlılığında özünün müsbət təsirini açıq şəkildə göstərməkdədir. Təhsildə beynəlxalq əməkdaşlıq respublikamızda həm orta, həm də ali təhsilin keyfiyyətini artırmaqla yanaşı, dövlət və özəl qurumların da savadlı və bacarıqlı kadrlarla təmin edilməsinə şərait yaradır.

Xarici ölkələrdə təhsil alan gənclərimiz bu ölkələrdə Azərbaycan xalqının təmsilçisi, onun qədim mədəniyyətinin, adət və ənənələrinin təbliğatçılarıdır. Buna görə də xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün lazımi şəraitin yaradılması mühüm əhəmiyyətə malik olan məsələlərdir. Azərbaycanlı gənclərin xarici ölkələrin ali məktəblərində təhsil almağa göndərilməsinin əsas məqsədi respublikanın gələcəyinə xidmət edəcək, Azərbaycanın dövlət mənafelərini qoruyacaq yüksək ixtisaslı mütəxəssislər hazırlanmasını təmin etməkdir.

Azərbaycan Respublikasının təhsil sahəsində beynəlxalq əlaqələrinin əsas istiqamətləri tələbə, şagird və magistr mübadiləsi, birgə elmi tədqiqatlar, beynəlxalq və regionlararası təhsil proqramlarına qoşulma və onların işində yaxından iştirak etməkdən ibarətdir.

Bunun nəticəsidir ki, Azərbaycanın təhsil müəssisələri UNESCO, UNİCEF, İSESCO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir.

Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri də Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycanın ali məktəblərinin cəlb olunmasıdır. TEMPUS proqramı çərçivəsində Azərbaycanın ali məktəblərinə göstərilən maliyyə-texniki yardımı təqribən 5,5 milyon avro təşkil edir.

2004-cü ildə Avropa İttifaqının Yeni Qonşuluq Siyasətinə dair qəbul etdiyi Strategiya Sənədində bu qurumun təhsil proqramlarında “yeni qonşular”, o cümlədən Azərbaycanın iştirakı da nəzərdə tutulmuşdur. Proqramlarda Azərbaycanın iştirakı Avropa İttifaqı ilə ölkəmiz arasında təhsil sahəsində qarşılıqlı faydalı əlaqələri yeni mərhələyə yönəltmişdir.

2005-ci ilin mayında Azərbaycan Vahid Avropa Ali Təhsil Məkanının yaradılmasını nəzərdə tutan Bolonya prosesinə qoşulmuşdur. Bu, Azərbaycanın təhsil sisteminin Avropa ali təhsil məkanına daha səmərəli inteqrasiyasına geniş imkanlar yaradır.

Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” 2008-ci il 31 yanvar tarixli Sərəncamı ölkəmizdə Bolonya prinsiplərinin uğurla həyata keçirilməsinə daha əsaslı zəmin yaratmışdır.

Əgər əvvəllər Azərbaycanın təhsil sənədləri dünya ölkələrində çox az tanınırdısa, hazırda demək olar ki, dünyanın bütün ölkələrində Azərbaycanın təhsil sənədləri tanınır. Artıq Azərbaycan təhsilinin beynəlxalq əlaqələrini tənzimləmək və daha da inkişaf etdirmək üçün lazımi hüquqi baza yaradılmışdır. Ölkəmiz ali təhsil sahəsində təhsil sənədlərinin və elmi dərəcələrin tanınması ilə bağlı onlarla beynəlxalq konvensiyalara qoşulmuşdur.

Beynəlxalq əməkdaşlıq çərçivəsində yalnız Azərbaycan gəncləri xaricdə deyil, dünyanın müxtəlif ölkələrindən olan tələbələr də ölkəmizdə təhsil alırlar. Azərbaycan Respublikasının ali məktəbləri xarici ölkələr üçün kadr hazırlığı sahəsində böyük ənənə və təcrübəyə malikdir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanın ali məktəblərində 50-yə yaxın ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alır. Belə bir nəticə ali təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, ən başlıcası isə ölkə daxilində yaradılmış sabit və sağlam mühit sayəsində əldə edilmişdir. Ali məktəblərin mövcud potensialı bu gün daha çox əcnəbi tələbənin Azərbaycanda təhsil almasına imkan verir. Lakin bu sahədə yataqxana probleminin mövcudluğu maneə olaraq qalır. Məsələ burasındadır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində respublikamızın işğal olunmuş ərazilərindən qaçqın və məcburi köçkün düşən bir milyondan artıq əhalinin xeyli hissəsi Bakı şəhərindəki ali məktəblərin tələbə yataqxanalarında məskunlaşmışdır. Odur ki, Azərbaycana təhsil almağa gələn əcnəbilərin yataqxana ilə təmin olunması imkanları son dərəcə məhduddur.

Bütün bunlarla yanaşı, Azərbaycan orta təhsil sahəsində də uğurlu beynəlxalq əməkdaşlıqlara imza atır. Dünyanın ən qabaqcıl təhsil sisteminə malik ölkələri öz məktəblilərini Azərbaycanda ənənəvi olaraq təşkil olunan orta məktəb şagirdləri arasında beynəlxalq olimpiadalara göndərirlər. Xarici ölkələrin nümayəndələri ölkəmizdə təşkil olunmuş bu olimpiadaların yüksək səviyyəli təşkilini, belə tədbirlərin şagirdlərin təhsil həyatında önəmli olduğunu qeyd edirlər.

Azərbaycanlı şagirdlər də, həmçinin xarici ölkələrdə təşkil olunmuş beynəlxalq olimpiadalarda uğurla iştirak edirlər. Bunun bariz nümunəsi olaraq bir neçə həftə bundan əvvəl Türkiyədə keçirilmiş X Beynəlxalq Türk Dili Olimpiadasını göstərmək olar. Olimpiadada dünyanın 140 ölkəsindən nümayəndələr iştirak etmişlər. Bu mötəbər yarışmaya qatılmış Azərbaycan şagirdlərindən, demək olar ki, əksəriyyəti Vətənə medallarla qayıtmışdır. Şagirdlərimiz bu olimpiadada 26 medal qazanaraq (13 qızıl, 10 gümüş, 3 bürünc medal) digər ölkələri təmsil edən həmyaşıdlarını heyrətləndirmişlər.

Məktəblilərin Beynəlxalq Kimya Olimpiadasında Azərbaycan məktəblilərinin yüksək uğurlar əldə etməsi artıq bir ənənəyə çevrilmişdir.

Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanda xarici ölkələrin ali və orta məktəbləri də fəaliyyət göstərir. Onlar həmin təhsil ocaqlarında sırf öz ölkələrinin təhsil sistemi əsasında dərslər keçir və yüksək ixtisaslı kadrlar hazırlayırlar.

Qürur hissi ilə qeyd etmək olar ki, Azərbaycanın da artıq bəzi xarici ölkələrdə təhsil ocaqları vardır. Həmçinin bəzi xarici ölkələrin ali məktəblərində azərbaycanşünaslıq və Azərbaycan dili ixtisasları da mövcuddur.

Beynəlxalq əməkdaşlıq ölkənin təhsilinə yalnız yenilik, novatorluq, inkişaf gətirir və Azərbaycan da bu inkişafdan kənarda qalmayaraq, daim daha yüksəklərə can atır.

 

Abdulla Suvar

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib