Bu gün “Qobustan” GES-in ilk paneli quraşdırılıb
Bakı, 3 dekabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Çinin “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə şirkətlə ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsinin - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib.
Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir Günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadiuməsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın yaşıl enerji ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:57]
Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb
- 29.09.2026 [17:48]
ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 29.09.2026 [17:35]
® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri
- 29.09.2026 [17:20]