DÜNYA
Bu gün Türkiyə Böyük Millət Məclisinin payız sessiyası işə başlayacaq

Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) payız sessiyası işə başlayacaq.
AZƏTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Baş Assambleya saat 14:00-da açılacaq və Prezident Rəcəb Tayyib Ərdoğan TBMM-nin tribunasından çıxış edəcək. Prezidentin açılış nitqində yeni konstitusiya, iqtisadiyyat və planlaşdırılan qaydalarla bağlı mesajlarını verməsi gözlənilir.
Parlament yeni dövrdə milyonlarla insanı maraqlandıran bir çox hüquqi tənzimləmə, xüsusilə büdcə üzərində işləyəcək.
Milli Məclisin ənənəvi qəbulu da axşam saatlarında keçiriləcək. Qəbula siyasi partiya rəhbərləri, millət vəkilləri və bir çox başqa şəxslər dəvət olunub.
Parlamentin bu dövrdəki ən mühüm vəzifəsi yeni və sivil konstitusiya hazırlamaq olacaq.
Yeni dövrdə milyonlarla insanı narahat edən mühüm qaydalarla bağlı işlər görüləcək. Təqaüdçülərdən tutmuş gənclərə qədər cəmiyyətin bütün təbəqələri üçün xüsusi hüquqi tənzimləmələr bir-bir həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.12.2023 [17:51]
Finlandiyada həmkarlar ittifaqları hökuməti tətillə hədələyir
- 07.12.2023 [16:55]
Türkiyə Prezidenti ilə Yunanıstanın Baş naziri KİV-ə birgə açıqlama veriblər
- 07.12.2023 [16:45]
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları rekord həddə yüksəlib
- 07.12.2023 [16:40]
İran Prezidenti İbrahim Rəisi Moskvaya səfər edib
- 07.12.2023 [16:15]
Türkiyə və Yunanıstan prezidentlərinin görüşü olub
- 07.12.2023 [15:52]