Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti 24 oyun keçiriləcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, turun ilk oyunu Qazaxıstanda “Astana” klubu ilə Çexiyanın “Slavia” komandası arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Avroliqada çıxış edən Türkiyə təmsilçiləri isə Portuqaliya klubları ilə qarşılaşacaqlar. “Konyaspor” doğma meydanında “Gimarayş” klubu ilə, “Başakşəhər” isə səfərdə “Braqa” ilə üz-üzə gələcək.
“A”, “B”, “C”, “D”, “E” və “F” qruplarında keçiriləcək görüşlər Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. “G”, “H”, İ, “J”, “K” və “L” qruplarındakı oyunlar isə saat 21:00-da start götürəcək.
Ümumiyyətlə, bu turda aşağıdakı oyunlar keçiriləcək:
“A” qrupu
“Astana” (Qazaxıstan) - “Slaviya” (Praqa, Çexiya)
“Makkabi” (Təl-Əviv, İsrail) - “Vilyarreal” (İspaniya)
“B” qrupu
“Partizan” (Serbiya) - “Dinamo” (Kiyev, Ukrayna)
“Skenderbeu” (Albaniya) - “Yanq Boyz” (İsveçrə)
“C” qrupu
“Lüdoqorets” (Bolqarıstan) - “Hoffenhaym” (Almaniya)
“Braqa” (Portuqaliya) - “Başakşəhər” (Türkiyə)
“D” qrupu
AEK (Yunanıstan) - “Austria” (Avstriya)
“Milan” (İtaliya) - “Riyeka” (Xorvatiya)
“E” qrupu
“Everton” (İngiltərə) - “Apollon” (Kipr)
“Lion” (Fransa) - “Atalanta” (İtaliya)
“F” qrupu
“Lokomotiv” (Rusiya) - “Zlin” (Çexiya)
“Şerif” (Moldova) - “Kopenhagen” (Danimarka)
“G” qrupu
“Viktoriya” (Çexiya) - “Hapoel” (İsrail)
“Luqano” (İsveçrə) - “Styaua” (Rumıniya)
“H” qrupu
“Köln” (Almaniya) - “Srvena Zvezda” (Serbiya)
“BATE” (Belarus) - “Arsenal” (İngiltərə)
“İ” qrupu
“Zalsburq” (Avstriya) - “Marsel” (Fransa)
“Konyaspor” (Türkiyə) - “Gimarayş” (Portuqaliya)
“J” qrupu
“Atletik” (İspaniya) - “Zarya” (Ukrayna)
“Ostersun” (İsveç) - “Herta” (Almaniya)
“K” qrupu
“Latsio” (İtaliya) - “Sulte Varegem” (Belçika)
“Nitsa” (Fransa) - “Vitess” (Hollandiya)
“L” qrupu
“Rusenborq” (Norveç) - “Vardar” (Makedoniya)
“Zenit” (Rusiya) - “Real Sosyedad” (İspaniya)