Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək
Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyun günündə İtaliya təmsilçisi “Roma” səfərdə İngiltərənin “Liverpul” klubunun qonağı olacaq. Bu komandalar indiyədək cəmi beş dəfə üz-üzə gəliblər. Bu komandalar arasında son görüş 2002-ci ildə baş tutub. Qarşılaşmada “Liverpul” öz meydanında 2:0 hesabı ilə qələbə qazandığı halda, səfərdə heç-heçə (0:0) edən ingilislər növbəti mərhələyə vəsiqə qazanmışdılar.
“Liverpul”un heyətində J.Matip, Emre Can, Adam Lallana, N.Klayn zədələndikləri üçün matçı buraxacaqlar.
Mərhələnin digər qarşılaşması aprelin 25-də keçiriləcək “Allianz Arena”da baş tutacaq oyunda “Bavariya” doğma meydanda “Real Madrid” klubunu qəbul edəcək.
Hər iki görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [22:05]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [21:38]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]