Bu gün veteranlar arasında stolüstü tennis üzrə turnir start götürəcək
Bakı, 7 may, AZƏRTAC
Bu gün Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi, Beynəlxalq dərəcəli hakim Sara Sultanovanın xatirəsinə həsr olunan stolüstü tennis turniri start götürəcək.
AZƏRTAC xəbər verir ki, yarışda veteran idmançılar mübarizə aparacaqlar. Yarış şəxsi və qoşa proqramlar üzrə beynəlxalq stolüstü tennis qaydalarına uyğun təşkil olunacaq. Kişilər 40-49, 50-59, 60-64, 65 yaş və yuxarı, qadınlar isə 30-39, 40-49, 50 yaş və yuxarı yaş qruplarında mübarizə aparacaqlar.
İki gün davam edəcək yarışın təşkilində əsas məqsəd veteran idmançıların sağlamlığının möhkəmləndirilməsi, fəal həyata cəlb edilməsi, idman ustalığının qorunub saxlanılması və stolüstü tennisin geniş kütlə arasında təbliğidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO
- 07.10.2026 [18:06]