Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bu gün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramıdır

Bakı, 26 sentyabr, AZƏRTAC

Bu gün Azərbaycanda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur.

AZƏRTAC xəbər verir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü il 24 sentyabr tarixli Sərəncamı ilə təsis olunub.

Ölkəmizdə rabitənin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu sahəyə xüsusi diqqət və qayğı göstərirdi, rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirirdi. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəqəmsal iqtisadiyyatın qurulmasına yönələn siyasəti Azərbaycanı bu sahədə rolunun genişləndiyi, modern telekommunikasiya infrastrukturunun qurulduğu bir ölkəyə çevirib.

Tarixi ilk olaraq Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin Maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılmış qurum sonralar müstəqil şöbə, idarə və departament olaraq fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin strukturunda davam etdirib. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılıb.

Məhz həmin Fərmanla ilk dəfə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi dövlət qurumlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin, onların internet şəbəkəsi ilə əlaqəsinin, internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini təmin edən qurum kimi müəyyən olunub.

2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) təsis olunub.

Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, internet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirmək və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki köməklik göstərilməsi də XRİTDX-nin əsas vəzifələrindəndir. Yuxarıda göstərilən vəzifələrin icrası, habelə elektron imza və radiorabitə sistemlərinin tətbiqi ilə əlaqədar dövlət siyasətinin həyata keçirilməsi istiqamətində xidmət tərəfindən mühüm kompleks texniki və təşkilati tədbirlər həyata keçirilir.

2023-cü il Azərbaycanda informasiya təhlükəsizliyi mənzərəsini müəyyən edən əlamətdar nailiyyətlər və böyük nəticələr ilə yadda qaldı. Təməl irəliləyişlərdən tutmuş informasiya təhlükəsizliyi sahəsinin dinamik təkamülünə qədər ölkəmiz transformativ tərəqqinin önündə olub. Artıq Azərbaycanın işğaldan azad edilən bütün ərazilərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən xüsusi radiorabitə və “AzStateNet” şəbəkələri istifadəyə verilib.

Azərbaycan informasiya təhlükəsizliyi sahəsində inkişaf edən rəqəmsal iqtisadiyyatın əsasını qoyan fundamental addımlar atıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də bu mənzərənin formalaşmasında, tərəqqinin istiqamətləndirilməsində və müxtəlif sektorlarda əhəmiyyətli dəyişikliklərin aparılması üçün mühüm rol oynayır. Buna misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 28 avqust 2023-cü il tarixli Sərəncamı ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin əsas məqsədlərini, prinsiplərini, istiqamətlərini və prioritet vəzifələrini müəyyən edən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” təsdiq edilməsini, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə sahə üzrə yerli və xarici şirkətləri, dövlət və özəl sektorda fəaliyyət göstərən qurumları, tələbə və ekspertləri bir araya toplamış kiberfestivalın keçirilməsini, XRİTDX və “Prosol” şirkətinin birgə təşkilatçılığı ilə Bakıda “Kibertəhlükəsizlik günləri”ni, “Dövlət qurumlarının İT rəhbərlərinin Zirvə Toplantısı” kimi tədbirləri göstərmək olar.

Cari il sentyabrın 25-də Bakıda regionun ilk Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransı keçirildi. Tədbirdə 150-dən çox xarici və yerli kibertəhlükəsizlik və kiberdiplomatiya üzrə mütəxəssislər iştirak edib. Həmçinin konfransın məruzəçiləri, iştirakçıları yerli və xarici qonaqlar olub. Diplomatik nümayəndələr, bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlər, o cümlədən sahə üzrə qlobal aktorlar diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda bir araya gəliblər.

Qeyd olunmalıdır ki, ötən il Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu və XRİTDX arasında imzalanan memorandum çərçivəsində aparılan əməkdaşlıq nəticəsində adıçəkilən institutun müəllifi olduğu Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmsilçiliyi eksklüziv olaraq Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinə verilib. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizi regional mərkəzə çevirmək istiqamətində strateji əhəmiyyətə malikdir. Sözügedən layihələr onu nümayiş etdirir ki, dövlət qurumları və qeyri-hökumət təşkilatları, o cümlədən tələbələr və xarici ekspertlər birgə işləyəndə həm möhtəşəm nəticə əldə edir, həm də İT sahəsinin inkişafına güclü təkan vermiş olurlar.

Ölkəmizdə kibertəhlükəsizlik sahəsində təhsilin inkişaf etdirilməsinə ayrılan diqqət bu sahədə kadr bazasının formalaşdırılması və daha da təkmilləşdirilməsinin əsas məqsədlərdən biri kimi formalaşıb. Belə ki, cari il sentyabrın 24-də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Diplomatik Akademiyası (ADA) və Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, kiberdiplomatiya sahəsində tədqiqat, təhsil və bacarıqların artırılmasını təşviq etmək üçün ölkəmizdə “Kiberdiplomatiya üzrə Tvininq Mərkəzi” fəaliyyətə başlayacaq. Mərkəz həm də tədqiqat və təhsil təşəbbüsləri ilə kiberdiplomatiya, informasiya təhlükəsizliyi və rəqəmsal idarəetmə sahəsində beynəlxalq əməkdaşlıq, qarşılıqlı əlaqəni genişləndirməyi hədəfləyir. Bununla yanaşı, xidmətin Azərbaycan Texniki Universiteti ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində universitetdə müvafiq olaraq “Zərərvericilərin Analizi Laboratoriyası” və Bakı Ali Neft Məktəbi ilə imzaladığı Anlaşma Memorandumu çərçivəsində təhsil ocağında “İnformasiya Təhlükəsizliyi Testləri Laboratoriyası”nın qurulması işlərinə başlanılıb. Bu layihələr tələbələr üçün informasiya təhlükəsizliyinin müasir üsullarını hazırlayıb tətbiq etmək, birgə tədqiqatlar və təcrübə mübadiləsi aparmaq, real layihələrdə iştirak etmək kimi fürsətlər yaradacaq.

“2024-cü ildə biz texnoloji tərəqqiyə təkan vermək, rəqəmsal inklüzivliyi təşviq etmək və Azərbaycanı qlobal texnoloji mənzərənin ön sıralarına çıxarmaq missiyamızı daha da irəli aparmağa çalışacağıq. Xidmət ölkəmizdə qabaqcıl innovativ həllər tətbiq etmək, yerli istedadlar yetişdirmək, startap və sahibkarların inkişafı üçün əlverişli mühit yaratmaq istiqamətində mühüm olan hər şeyi etməyə hazırdır”, - deyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bildirib.

2024-cü ilin əvvəlində Azərbaycan xalqı siyasi vacib bir qərar qəbul etdi. Fevralın 7-də keçirilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilk dəfə ölkənin bütün ərazisində keçirilib. Bununla bağlı, Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş siyahılara əsasən seçki məntəqələrinin etibarlı, dayanıqlı videokonfrans və rabitə avadanlıqları ilə təmin olunması aidiyyəti qurumlarla birgə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən həyata keçirilib.

Bildiyiniz kimi, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) çox az bir zaman qalıb. Azərbaycanın bu tədbirə Şərqi Avropa qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi bu istiqamətdə də işlərdə səylərini əsirgəmir. Belə ki, Azərbaycana beynəlxalq tədbirlər zamanı çoxlu sayda kiberhücum olur. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən bu hücumların qarşısı alınır. Bu məlumatlar analiz edilir və onların yerləşdirildiyi resursların bloklanması üzrə işlər gedir. Son iki ayda XRİTDX tərəfindən dezinformasiya yayan 15 resurs bağlanılıb.

Həmçinin qeyd olunmalıdır ki, bu günlərdə Azərbaycanda regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinə ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir.

Qeyd edək ki, hazırda qarşıda duran ən mühüm vəzifələrdən biri COP29 zamanı informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunmasıdır. Buraya COP29 məlumat bazasının DATA Mərkəzdə yerləşdirilməsi, hərtərəfli təhlükəsizlik yoxlamalarının aparılması, mühüm telekommunikasiya problemlərinin həlli və tədbirin keçirildiyi məkanların “AzStateNet” internet şəbəkəsi ilə əhatə edilməsi daxildir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Kitabi-Dədə Qorqud” eposunda alqış və qarğışların poetik funksiyaları araşdırılıb

Kambocanın Baş naziri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

İlahə Həmidova: Vahid məktəbli geyimi sağlam təhsil mühitinin qorunmasına müsbət təsir göstərəcək

Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı: 309 namizəd qeydiyyatdan keçib

Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi

Aİ kimyəvi silahların yayılmasına və istifadəsinə qarşı sanksiyalar rejimini 2031-ci ilədək uzadıb

Samirə Əliyeva: Vahid məktəbli formasının tətbiqi nizam-intizamın qorunması baxımından əhəmiyyətlidir

Əqli mülkiyyət sahəsində əməkdaşlıqda iştirak edən dövlətlər üçün hansı üstünlüklər mövcuddur?

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

AGTL-in sədri: Azərbaycanla Türkiyənin əməkdaşlığı qadınlar üçün yeni iqtisadi imkanlar yaradacaq

Prezident İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 20 faizdən çox artıb

Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısı keçirilib

Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi axşamı

Avropada qazın qiyməti həftəyə artımla başlayıb

Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər

TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumlarının rəhbərlərinin İkinci Görüşünün Birgə Bəyannaməsi imzalanıb

Azərbaycan Ağsaqqallar Şurası ictimai sabitliyi pozmağa yönələn cəhdləri qətiyyətlə pisləyib

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

TDT Baş katibinin müavini: Azərbaycan elm və innovasiya sahəsində xüsusi əhəmiyyətə malikdir VİDEO

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış namizədlərin nəzərinə

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Böyük Britaniyanın Baş naziri Aİ ilə münasibətlərin gücləndirilməsini istəyir

Mərkəzləşdirilmiş Azərbaycan Səfəvilər dövlətinin tariximizdəki rolu – dəyirmi masa

Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb

Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar

Türkmənbaşı görüşü: Azərbaycan-Mərkəzi Asiya strateji tərəfdaşlığının yeni mərhələsi

Prezident İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

Mars Sariyev: Azərbaycanın tranzit imkanlarının güclənməsi Qırğızıstanın formalaşan Avrasiya nəqliyyat arxitekturasına inteqrasiyasını stimullaşdırır ŞƏRH

Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi

Rəşad Məcid: Məktəblərdə vahid geyim formasına qarşı çıxmaq dünyəvi təhsil prinsipləri ətrafında ciddi suallar yaradır

Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb

Ceyhun Məmmədov: Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdir

Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər VİDEO

İran XİN: Pakistan və Qətərin vasitəçiliyi ilə danışıqlar davam edir və biz ABŞ-nin təkliflərini nəzərdən keçiririk

“Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramı başlayır

Dünya bazarında yanacağın qiymətinin artması adekvat olmayan qərarların qəbul edilməsinə gətirib çıxarıb

Azərbaycanın kulinariya irsi Beynəlxalq Adana Ləzzət Festivalında təqdim olunub

YAP-ın VIII Qurultayı: yeni hədəflər və strateji istiqamətlər Gəncədə diqqət mərkəzindədir

Qadın hərbi kursantlarla görüş olub

İran Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqlar üçün vasitəçilik təklif edib

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Süni intellekt dövründə əqli mülkiyyət sistemləri qarşısında yeni imkanlarla yanaşı, çağırışlar da meydana çıxır VİDEO

Bask ölkəsinin tanınmış şəxsləri “Canon français” ziyafətinə qarşıdır

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB VİDEO

Azərbaycanda dünyəvi təhsil: tarixi köklər və müasir prinsiplər

Britaniyanın Baş naziri: Avropa İttifaqından ayrılmağımız “ümidləri doğrultmadı”

Bu il istehlakçılara 157,2 milyon manatadək ƏDV qaytarılıb

Beynəlxalq Enerji Agentliyi ölkələri dizel ehtiyatlarını daha tez istifadə etməyə çağırıb

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Sabah hava əsasən yağmursuz olacaq VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Agentlik rəhbəri: İqtisadi bağları zəif olan siyasi birliklərin uzunömürlü və dayanıqlı olması çətindir VİDEO

Vahid məktəbli geyimi: sosial bərabərlik və nizam-intizam

Kambocanın Baş naziri: Azərbaycanla müdafiə, təhlükəsizlik, təhsil sahələrində münasibətlər mövcuddur

Gülyanaq Məmmədova: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır

Misir Mərdanov: Məktəbdə vahid geyim qaydaları şagirdlərdə məsuliyyət hissi formalaşdırır

“Goldman Sachs” “Brent”in qiymətinə dair proqnozunu artırıb

Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik

Mənsum İbrahimov: Məktəblərdə vahid geyim formasının tətbiqi vacibdir

Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib

Bu saata olan əsas xəbərlər

Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır

Vətən müharibəsinin xronikası: 12 oktyabr

Azərbaycanın MDB-yə sədrliyi regional iqtisadi əməkdaşlığı genişləndirə bilər – ŞƏRH

Alimlər Yerdən 7,5 işıq ili uzaqlıqda yerləşən su buludlarının dəyişməsini müşahidə ediblər

Pakistan Məkkə Müdafiə Sazişinə sadiq olduğunu bir daha bəyan edib

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb

Fransada 2027-ci il üzrə büdcə müzakirələri: hökumət 5 faizlik kəsir həddini qorumağa çalışır

Baş Prokurorluq hərbi xidmətə çağırış sahəsində yol verilən qanun pozuntularına qarşı aparılan tədbirlərə dair açıqlama yayıb

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

Kamran İmanov: Türk dövlətlərinin institusional birliyinin təməli Azərbaycanda qoyulub VİDEO

AFFA rəsmisi: Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər

“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNƏCƏK VİDEO

Toğrul Əsədullayev: Qaydalara riayət etmək cəmiyyət olaraq məsuliyyətimizin bir hissəsidir

Azərbaycan Prezidenti: Kamboca ilə siyasi münasibətlərimiz güclüdür

Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb

Səudiyyə Ərəbistanında hava limanına hücum nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Prezident İlham Əliyev: Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik

Baş katib: Uşaq futbolunun inkişafı üçün vacib addımlar atılır

Muzdla çalışanların orta aylıq əməkhaqqı 1173 manat olub

Yanvar-sentyabr aylarında pensiyalara 5 milyard 874 milyon manat vəsait yönəldilib

Enerji Məsələlərini Tənzimləmə Agentliyi üçüncü rübün nəticələrini açıqlayıb

Revmatoid artritlə yaşayanlar nələrə diqqət etməlidirlər? – Mütəxəssisdən tövsiyələr

İşgüzar mühit və peşə mədəniyyəti: müəllimlərin geyim qaydaları tənzimlənir

Fransada Alen Soralın təsis etdiyi ifrat sağçı assosiasiya buraxılır

AFFA yeni layihələrini ictimaiyyətə təqdim edib

Almaniyanın əmək və sosial məsələlər naziri istefa verib

Cibuti sahillərində qayığın batması nəticəsində 139 miqrant ölüb

Rusiya dünya bazarının dizelə olan tələbatını ödəyə biləcəkmi?

Prezident İlham Əliyev: Türk xalqlarının ortaq mədəni irsinin qorunması birgə fəaliyyətimizin aparıcı istiqamətlərindən olmalıdır

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Məktəb-liseyin psixoloqu: Vahid məktəbli forması şagirdlərdə məsuliyyət hissini gücləndirir VİDEO

Azərbaycan Prezidenti: Süni intellektin sürətli inkişafı əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

Prezident: Azərbaycan hər zaman Türk dünyasının sıx birləşməsi naminə bütün səylərini səfərbər edib

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb  YENİLƏNİB  VİDEO

Bakıda TDT-yə üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin İkinci Görüşü başlayıb YENİLƏNİB VİDEO

BDYPİ-dən sürücülərə çağırış: Məcburi dayanma zamanı təhlükəsizlik tədbirlərini unutmayın

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin əqli mülkiyyət qurumları rəhbərlərinin 2-ci Görüşünün iştirakçılarına

Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilir

NASA-nın roveri Marsda sübh şəfəqinin şəklini çəkib

DİN: Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb

Çex nazir: Azərbaycanı mühüm strateji tərəfdaş hesab edirik