Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır
Bakı, 19 dekabr, AZƏRTAC
Bu il Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində müsbət tendensiyalarla yadda qalır.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi qeyri-neft sektorunda yüksək dinamika ilə nəticələnir. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi 13 milyard 53,6 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Ölkədə 10 milyard 383,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, nəqliyyat sektorundan 197,3 milyon ton yük, 1 milyard 466,2 milyon nəfər sərnişin daşınıb, 2 milyard 433,7 milyon manatlıq informasiya və rabitə xidmətləri göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
Mərkəzi Bank 2026 və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]