Bu il su hövzələrinə 2,7 milyondan çox müxtəlif balıq növləri buraxılıb
Bakı, 19 dekabr, AZƏRTAC
Cari ildə su hövzələrinin bioloji ehtiyatlarının artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib, təbii mühitə müxtəlif növ balıq buraxılışları təmin olunub.
AZƏRTAC xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, il ərzində təbii mühitə 343 min ədəd nərə cinsli balıq, 255 min ədəd çəkikimilər, 2 milyon 160 min ədəd kütüm və 22 min ədəd Xəzər qızılbalığı buraxılıb.
C.Əliyev qeyd edib ki, Xəzər dənizində aparılan ekspedisiya zamanı kilkə, siyənək, külmə və ağ qızılbalıq növləri üzrə elmi-tədqiqat işləri həyata keçirilib, daxili su hövzələrində isə çapaq, dabanbalıq, krevetka, külmə, naxa, sazan, sıf, şamayı və xəşəm növlərinin faktiki vəziyyəti qiymətləndirilib.
Tədqiqatlar çərçivəsində qeyd olunan balıq növlərinin çəki göstəriciləri, bədən uzunluğu və daxili orqanlarının morfoloji xüsusiyyətləri ətraflı şəkildə öyrənilib. Əlavə olaraq Xəzər dənizində müasir ultrasəs-sonar sistemlərdən istifadə olunaraq, balıq sürülərinin miqrasiya marşrutları, sıxlıqları, növ tərkibləri öyrənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]