Bu il Ukraynada 9 mindən çox döyüş sursatı tapılaraq zərərsizləşdirilib
Kiyev, 8 mart, AZƏRTAC
Bu ilin əvvəlindən Ukrayna ərazisində 9 min 261 döyüş sursatı, o cümlədən 105 aviabomba aşkarlanaraq zərərsizləşdirilib.
AZƏRTAC Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Komissiyasına istinadla xəbər verir ki, təkcə son sutkada 83 döyüş sursatı aşkarlanıb. Əksəriyyəti İkinci Dünya müharibəsindən qalan döyüş sursatlarının çoxu yaşayış məskənlərində, xüsusən torpaq və tikinti işləri aparılarkən üzə çıxır.
Məlumata görə, Fövqəladə Hallar üzrə Dövlət Komissiyası Ukrayna ərazisinin döyüş sursatlarından təmizlənməsi üçün hər gün axtarışlarını davam etdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]