Bu ilin 9 ayında cinayətlərin ümumi sayı açıqlanıb
Bakı, 6 dekabr, AZƏRTAC
2023-cü ilin 9 ayında “102” qaynar xəttinə 754 min 231 məlumat daxil olub. Bunların 0,9 faizi, yəni, 7263-ü məişət zorakılığı, qısqanclıq zəminində olan məlumatlardır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini polis mayoru İmran Əliyev “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.
Polis mayoru bu ilin 9 ayında cinayətlərin ümumi sayının 26 min 778 olduğunu vurğulayıb. O deyib: “Qadınlara qarşı zorakılıqla bağlı cinayətlərin sayı 1848, ailə münaqişəsi və qısqanclıq zəminində isə 955-dir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [20:37]
QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb
- 06.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 06.10.2026 [18:57]
Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?
- 06.10.2026 [18:31]