Bu ilin altı ayında Salyanda 313 tondan çox meyvə tədarük olunub
Salyan, 13 iyul, Mahir Babayev, AZƏRTAC
Bu ilin 6 ayı ərzində salyanlı bağbanlar becərdikləri 944 hektar meyvə bağından 313 tondan çox məhsul tədarük ediblər.
Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari ilin 6 ayında bağbanlar becərdikləri meyvə bağlarından 313,7 ton meyvə tədarük ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 ton çoxdur. Yığılan məhsulun 41.2 tonunu alma, 25 tonunu armud, 22,1 tonunu ərik, 9 tonunu gavalı, 40.1 tonunu alça, 23.3 tonunu şaftalı, 10,1 tonunu gilas, 42.2 tonunu isə albalı təşkil edib. Həmçinin, məhsul istehsalçıları sahələrdən 100.7 ton giləmeyvə də toplayıblar. Tədarük olunan meyvənin demək olar ki, yarıdan çoxu Xalac, Yenikənd, Çuxanlı kəndlərinin bağbanları toplayıblar.
Rayonda meyvə tədarükü davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]