CƏMİYYƏT
Bu ilin beş ayında 15 minə yaxın şəxsə əlillik təyin edilib VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2021-ci ilin yanvar-may ayları ərzində 15 minə yaxın şəxsə əlillik təyin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdən 4 min 700 nəfəri ilkin, qalanları isə təkrar əlillik təyinatı aparılanlar, habelə sağlamlıq imkanlarının məhdudluğu təsdiq olunanlardır.
Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, elektron infrastruktur (“Əlillik” altsistemi) üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.
AZƏRTAC nazirliyin “Əlillik necə təyin olunur?” mövzusunda hazırladığı videoçarxı təqdim edir: