Bu ilin ilk üç ayında DSMF-dən 31,6 mindən çox elektron arayış alınıb
Bakı, 4 aprel, AZƏRTAC
Bu ilin yanvar-mart ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 31 min 631 elektron arayış alınıb.
Bu barədə AZƏRTAC-a DSMF-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin arayışların 9441-i pensiya, 14 min 623-ü müavinət və təqaüd, 3798-i fərdi şəxsi hesab, 1034-ü ünvanlı dövlət sosial yardımı, 624-ü torpaq pay mülkiyyətçisi, 589-u sosial sığorta şəhadətnamə nömrəsi, 510-u şəhid ailəsi üzvü, 211-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 458-i sağlamlıq imkanları məhdud olan uşaqlar, 318-i əlilliyi olan şəxslərə qulluq, 25-i Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:25]
İqor Sergeyenko: AQEM-in tamhüquqlu təşkilata çevrilməsini dəstəkləyirik
- 15.10.2026 [14:09]
Vanq Yin: Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir
- 15.10.2026 [14:08]