“BU, SƏNİN DOĞMA DİYARINDIR!”
Salyanda tikinti, quruculuq və abadlıq tədbirləri geniş vüsət almışdır. Rayonun əmək kollektivləri “Bu, sənin doğma diyarındır!” devizi ilə keçirilən iməciliklərə həvəslə qoşulurlar.
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu ilin ötən dövründə şəhərdə səki və meydanlara üzlük daş düzülmüş, 9550 kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, 10 min ədəd müxtəlif bəzək və meyvə ağacları, 2500 ədəd gül kolu əkilmişdir.
Abadlıq tədbirlərinin ilboyu davam etdirilməsi nəzərdə tutulmuşdur.