Budapeşt aeroportu trafikin 99 faizini itirib
Budapeşt, 24 aprel, AZƏRTAC
Hazırda Macarıstan paytaxtının Ferens List adına Beynəlxalq aeroportu koronavirus pandemiyasına qədər olan trafikin bir faizindən də az həcmdə işləyir.
AZƏRTAC xəbər verir ki, aeroport rəhbərliyi iş yerlərini qorunmaq üçün bütün tədbirləri görüb. Amma bütün yerləri qorumağın mümkünsüzlüyü artıq indidən bəllidir. İxtisarlar qaçılmazdır. Ötən ilin aprel ayı ilə müqayisədə aeroport binasına daxil olan və oradan çıxan insanların sayında azalma 99,8 faiz təşkil edir. Macarıstanın hava nəqliyyatı tarixində heç vaxt, hətta aeroportda ümumi yenidənqurma işləri aparılanda belə, buna bənzər hadisə baş verməyib.
Mütəxəssislər ilin sonunadək əvvəlki səviyyəyə qayıtmağın çətin olacağını vurğulayırlar.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [13:18]
Böyük Britaniyada sığınacaq sistemi 5 il müddətinə dayandırıla bilər
- 12.10.2026 [13:08]
Ər-Riyad hava limanında operativ əməliyyatlar təxirə salınıb
- 12.10.2026 [12:57]
Araşdırma: Müdrikliyin əsrlər boyu dəyişməyən 6 əsas prinsipi
- 12.10.2026 [12:33]