BUNDESTAQ BUNDESVERİN YAXIN ŞƏRQDƏ SÜLHMƏRAMLI MANDATINI TƏSDİQ ETMİŞDİR
Almaniya xarici siyasət idarəsinin başçısı Frank Ştaynmayer (SDP) və federal müdafıə naziri Frans Yozef Yunq (XDI) bundestaqda sülhməramlı mandatın geniş şərhini vermişlər. Bildirilmişdir ki, Almaniya, hökumətin layihəsinə uyğun olaraq, 2400 nəfərlik sülhməramlı kontinqentini Aralıq dənizi reqionunda dislokasia olunmuş BMT “mavi dəbilqəliləri” tərkibinə qatacaqdır. Hərbi dəniz qüvvələrinə məxsus gəmilərdə mövqe tutan əsgəri qüvvələr dənizdən təhlükəsizliyi nəzarət altında saxlayacaq, lazım gələrsə, özünümüdafiə və münaqişə bölgəsində düşmənçilik fəaliyyətlərinin qarşısını almaq üçün silah tətbiq etmək hüququna da malik olacaqdır.
Xarici siyasət idarəsinin başçısı Frank Ştaynmayer bundestaqda təmsil olunan fraksiyaları hökumətin qərarını dəstəkləməyə dəvət etmiş və vurğulamışdır ki, Almaniya Federativ Respublikası Yaxın Şərqdə barışığın, sülh və əmin-amanlığın bərqərar edilməsi missiyasını, münaqişənin yoluna qoyulması və Livanın bərpası məsuliyyətini öz üzərinə götürmüşdür. Mandatauyğun missiyamız yalnız bundan ibarətdir.
Geniş mübahisələrdən sonra mandat yekdilliklə təsdiq olunmamışdır. XDI, SDP və “Yaşıllar” fraksiyaları çoxluğu layihənin lehinə, ADP və mühafizəkar “sollar” fraksiyaları isə əleyhinə çıxış etmişlər.