Burkina-Fasoda dövlət çevrilişinə cəhd edən bir qrup zabit saxlanılıb
Bakı, 28 sentyabr, AZƏRTAC
Burkina-Fasoda sentyabrın 26-da dövlət çevrilişinə cəhdin təşkilində ittiham olunan dörd zabit saxlanılıb.
AZƏRTAC LeFaso informasiya portalına istinadla xəbər verir ki, daha bir neçə zabitin axtarışı davam edir. Eyni zamanda, Burkina 24 portalı çevriliş cəhdində ordunun Baş qərargah rəisinin də iştirakının ehtimal olunduğunu yazıb.
Ölkə prokurorluğu faktla bağlı cinayət işi açıb. Hakimiyyət orqanları vətəndaşları sentyabrın 26-da dövlət çevrilişinə cəhddə əli olanlar barədə məlumat verməyə çağırıb.
Qeyd edək ki, Burkina-Fasonun keçid dövrünün hazırkı prezidenti kapitan İbrahim Traore özü də ötən ilin sentyabrında hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. O zaman bir qrup hərbçi 2022-ci ildə dövlət çevrilişi nəticəsində hakimiyyəti ələ keçirən polkovnik Pol-Anri Sandaoqo Damibanı dövlət başçısı postundan uzaqlaşdırmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:07]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [20:35]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:15]