Burundidən olan iştirakçı: COP tədbirləri öhdəlikləri gücləndirməyə kömək edir
Bakı, 22 noyabr, AZƏRTAC
“COP29-da müşahidə etdiyim odur ki, burada çoxlu insan və hər bir ölkənin danışıqlar üçün pavilyonu var. Tədbirin təşkilatçılığını yüksək qiymətləndirirəm”.
Bunu AZƏRTAC-a müsahibəsində Qırmızı Xaç Cəmiyyətinin Burundidəki əyalət katibi Jan Bosko Ntihinyuzva deyib.
Onun sözlərinə görə, COP tədbirləri öhdəlikləri gücləndirməyə kömək edir. Bu tədbirlərlə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə, xüsusilə icma səviyyəsində davamlılıq üçün kömək edə bilərlər: “Hər ölkənin öz fəlakətləri var. Ölkələr iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək üçün tədbirlər görməlidirlər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]