Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün dünyada yeni koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir

Bütün dünyada yeni koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir

Bakı, 31 mart, AZƏRTAC

SARS-CoV-2 koronavirusun səbəb olduğu COVID-19 koronavirus pandemiyası, Çinin Uxan şəhərində 2019-cu ilin dekabr ayının sonunda yerli sakinlərdə atipik pnevmoniyanın ilk hallarının aşkarlanması ilə başlayıb. Çin hakimiyyəti 2019-cu il dekabrın 31-də atipik pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. 2020-ci il martın 11-də ÜST bu xəstəliyin pandemiya olduğunu və martın 13-də Avropanın onun mərkəzinə çevrildiyini elan edib. 2020-ci il martın 28-nə olan məlumata görə, 196 ölkədə 472790 yoluxma və 23335 ölüm hadisəsi təsdiq edilib. Xəstəlik hallarının sayına görə koronavirusdan ən çox təsirlənən bölgələr ABŞ, Çin, Cənubi Koreya, Avropa ölkələri (İtaliya, İspaniya, Almaniya, Fransa, İsveçrə) və İrandır.

Azərbaycanda COVID-19-un yayılması 2020-ci il fevralın 28-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirusa ilk yoluxma halı qeydə alındığı zaman başlayıb. Martın 19-dan etibarən COVID-19 haqqında rəsmi veb-sayt fəaliyyət göstərir. Saytda Azərbaycanda virusla mübarizədə mövcud vəziyyət, infeksiyanın statistikası haqqında məlumat, habelə əhali üçün tövsiyələr verilir. Saytın rəsmi statistik məlumatına görə martın 30-na Azərbaycanda 273 yoluxma, 4 ölüm və 26 bərpa hadisəsi qeydə alınıb.

Bu gün Azərbaycan rəhbərliyinin COVID-19 koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirdiyi tədbirlər yalnız ölkədəki mütəxəssislər tərəfindən deyil, eyni zamanda, əcnəbi alimlər tərəfindən də yüksək qiymətləndirilir. Həm beynəlxalq təşkilatlar, həm xaricdəki alimlər, siyasətçilər, həm də bir sıra ölkələrin kütləvi-informasiya vasitələri yeni koronavirusun qarşısının alınması istiqamətində Azərbaycan rəhbərliyinin atdığı addımları xüsusi qeyd edilməli olan nümunə kimi göstərirlər.

Məlum olduğu kimi, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir illik əməkhaqqı məbləğində bu Fonda ianə etdilər. Böyük şirkətlərin, tanınmış şəxslərin, cəmiyyətimizin ayrı-ayrı təbəqələrini təmsil edən simaların bu kampaniyaya qoşulması bir neçə gün ərzində, sözün əsl mənasında, milli birlik göstəricisinə çevrildi. Əslində, bu prosesdə ən böyük qazanc toplanan vəsaitdən çox Azərbaycan xalqının ümumi problemə qarşı birliyidir.

COVID-19 koronavirusa qarşı mübarizədə Azərbaycandakı vəziyyət digər ölkələrlə müqayisədə daha stabil olmaqla yanaşı, həm də yuxarıda qeyd etdiyimiz kimi nümunəvidir. Bu nümunəviliyin əsas meyarını dövlətin öz vətəndaşına sağlam münasibətində görə bilirik. Təşkil olunan çarter reysləri ilə vətəndaşlarımızın nizamlı qaydada xarici ölkələrdən təxliyəsi, Vətənə gətirilən insanların karantində saxlanılması üçün yaradılan şərait dövlətin öz vətəndaşına göstərdiyi nümunəvi davranışdır. Bütün bunlarla bərabər, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı da bütün xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb və vaxtında atılmış addım kimi yüksək qiymətləndirilir.

Bu məqalənin yazılmasında əsas məqsəd isə, Azərbaycan xalqını bütün dünya ilə birlikdə qarşılaşdığımız bəla və onun müalicəsinin mümkünlüyü barədə daha ətraflı məlumatlandırmaqdır. Məsələ burasındadır ki, hazırda bütün dünyada yeni koronavirusla bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir və məsuliyyətsiz davranılacağı, qaydalara riayət olunmayacağı təqdirdə daha da pisləşə bilər. Yeni koronavirusun yayıldığı hər bir ölkə real təhlükə mərhələsinə qədəm qoyub, yoluxma və ölümlərin sayı artır və bundan sonra da çoxalacağı ehtimal olunur. Buna görə də vətəndaşlar nəzərə almalıdırlar ki, hər dəfə evdənçıxma, hər bir kənar şəxslə təmas infeksiyaya yoluxma və ölüm təhlükəsi deməkdir. Buna görə də vətəndaşlar məsuliyyətlə davranmalı, qaydalara əməl etməklə həm özlərini, həm də yaxınlarını xəstəlikdən qorumalı və ətrafdakıları risk altına qoymamalıdırlar.

Beləliklə, koronaviruslar insanlara və bəzi heyvanlara yoluxa bilən RNT tərkibli böyük virus ailəsidir. İnsanlarda koronaviruslar kəskin respirator infeksiyanın yüngül formalarından ağır kəskin respirator sindroma (SARS) qədər bir sıra xəstəliklərə səbəb ola bilər. Hazırda əhali arasında koronavirusun dörd növü yayılıb. Bu virus infeksiyası bir qayda olaraq yuxarı tənəffüs yollarını yüngül və orta ağır dərəcədə zədələyir. 2002-ci ilə qədər koronaviruslar yuxarı tənəffüs yollarının yüngül xəstəliklərinə səbəb olan törədicilər hesab olunurdu. 2002-ci ilin sonunda insanlarda ağır kəskin respirator sindroma səbəb olan SARS-in törədicisi olan koronavirus (SARS-CoV) meydana çıxdı. SARS-Co-nun təbii rezervuarları yarasalardır. Epidemiya dövründə dünyanın 37 ölkəsində 8000-dən çox bu virusa yoluxmuş xəstəlik halı qeydə alınıb, onlardan 774-ü ölümlə nəticələnib. 2004-cü ildən etibarən SARS-CoV ilə əlaqəli yeni atipik pnevmoniya halı qeydə alınmayıb.

2012-ci ildə dünya Yaxın Şərq respirator sindromunun törədicisi olan yeni MERS koronavirus (MERS-CoV) ilə qarşılaşdı. MERS-CoV koronaviruslarının əsas təbii rezervuarı bir yüyənli dəvələrdir. 2012-ci ildən 2020-ci il yanvarın 31-dək MERS-CoV virusuna 2519 nəfər yoluxub, onlardan 866-sı ölümlə nəticələnib. Bütün hallar coğrafi olaraq Ərəbistan yarımadası ilə əlaqəlidir. Hazırda MERS-CoV virusu mövcuddur və yeni xəstələnmə hallarına səbəb olur.

Yeni SARS-CoV-2 koronavirus tək zəncirli RNT virusudur. Bu virusun səthində yerləşən bir zülalı kodlayan S geni də daxil olmaqla 15 gendən təşkil olunmuş bir RNT molekuludur. SARS-CoV-2-nin, yarasa koronavirusu ilə naməlum bir koronavirus arasında rekombinant bir virus olduğu ehtimal olunur. Başqa sözlə, əvvəlcədən mövcud olan iki virus arasında bir ximeradır. Çində aparılan son tədqiqatlar COVID-19-un 2 tipinin (L vəS ) olduğunu göstərmişdir. L tip daha aqressivdir və 70 faiz xəstələrdə bu tipə rast gəlinib.

Kişilər, qadınlar və uşaqlar SARS-CoV-2 koronavirusuna eyni tezlikdə yoluxurlar. Ancaq infeksiyanın nəticələri çox fərqlidir. Həlledici amillər yaş, cinsiyyət, yanaşı xəstəliklər və orqanizmin immun sisteminin vəziyyətidir.

Koronavirusun yayılması ilə əlaqədar ilk növbədə yaşlı insanlar risk altındadır, xüsusilə 65 yaşdan yuxarı ölüm riski proqressiv artır. 40 yaşa qədər olanlar arasında ölüm nisbəti 0,2 faizdir, lakin 70-79 yaş arasında bu göstərici 8 faizə, 80 yaşdan yuxarı 14,8 faizə qədər yüksəlir.

Demək olar ki, koronavirus infeksiyasının bütün qurbanları SARS-CoV-2 infeksiyasından əvvəl hər hansı bir xroniki xəstəliyi olanlar idi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, xüsusilə də bronx-ağciyər sisteminin xroniki xəstəlikləri, ürək-damar sisteminin xəstəlikləri, hipertoniya xəstəliyi, şəkərli diabet və xərçəng xəstəliyi olan hallarda koronavirusdan ölüm riski artır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qadınlara nisbətən kişilərdə koronavirus infeksiyasından ölmə ehtimalı daha yüksəkdir. Fevralın ortalarında Çində SARS-CoV-2-dən ölüm nisbəti kişilərdə 2,8 faiz, qadınlarda 1,7 faiz təşkil edib. Bu yəqin ki, qadınlarda immun sisteminin daha güclü olması ilə əlaqədardır: qadın cinsi hormonu estrogen immun sistemini stimullaşdırır və beləliklə patogenlərlə daha sürətli və aqressiv mübarizə aparır. Kişi hormonu testosteron isə, əksinə immun sistemini zəiflədir.

Yoluxmuş böyüklərdən fərqli olaraq uşaqların əksəriyyətində xəstəliyin daha yüngül klinik gedişatı müşahidə olunur. Eyni zamanda, uşaqlar da epidemioloji prosesdə iştirak edirlər bu virusla rastlaşırlar və yayırlar, yəni uşaqlar daşıyıcıdırlar. Buna görə uşaqlarda da koronavirus problemi böyüklərdə olduğu kimi aktualdır. Üstəlik xəstə uşaqlarda yoluxucu indeksin böyüklərdəki ilə eyni olduğu aşkarlanıb.

Hazırda uşaqların koronavirus infeksiyasını daha yüngül keçirtmə səbəbləri və böyüklərdəki kimi ağırlaşmaların olmaması haqqında alimlər və həkimlər arasında fikir birliyi yoxdur. Bu məsələ ilə bağlı bir neçə hipotez var. Ən son hipotez aşağıdakıdır: hüceyrəyə girmək üçün SARS-CoV-2 virusu, S zülalı vasitəsilə ACE2 (angiotenzin çevirici ferment) və CD-147 (basigin) reseptorlarına bağlanır. Bu reseptorlar ağciyərlərin alveolar hüceyrələrinin membranında, bağırsaqlarda, böyrəklərdə, miokardda olur və buna görə də yeni koronavirus, ilk növbədə, bu orqanlara təsir edir. Uşaqlarda bu reseptorların sayı azdır, çünki renin-angiotenzin sistemi (qan təzyiqi və bədənin su-elektrolit balansını tənzimləyən hormonal sistem) 16-18 yaşında inkişaf edir. Yəni uşaqlarda virus üçün daha az hədəf var. Bu SARS-CoV-2-nin uşağın hüceyrələrinə daxil olmasının qarşısını alır və uşaqlarda koronavirusun ölümlə nəticələnməməsini, daha asan sağalma səbəbini izah edə bilir.

Bunlardan əlavə, uşaqlar daha güclü anadangəlmə immunitetə malikdirlər. Ola bilər ki, qeyri-spesifik müdafiə amilləri uşağın bədəninə daxil olan virusa mane olur və onun aşağı tənəffüs yollarına yayılmasının qarşısını alır.

Əsas infeksiya mənbəyi infeksiyaya yoluxmuş xəstələr və xəstəliyin inkubasiya dövründə olanlardır. Klinik baxımdan sağlam olan, lakin virus daşıyıcısı olan superdaşıyıcı şəxslər də infeksiya mənbəyidir.

İnfeksiyanın ötürülməsi hava-damcı (öskürmə, asqırma, danışma ilə), hava-toz, fekal-oral və kontakt yollarla həyata keçirilir. Ötürmə amilləri SARS-CoV-2 ilə çirklənmiş hava, yemək və məişət əşyalarıdır. Tibbi yardımın göstərilməsi ilə əlaqəli SARS-CoV-2 səbəb olduğu infeksiyalar müəyyən edilib. Çində COVID-19 olan xəstələrə kömək edən tibb işçilərində 1700-dən çox təsdiqlənmiş xəstəlik hadisəsi qeydə alınıb.

Diaqnoz klinik əlamətlər, epidemioloji anamnez və laborator müayinələrin nəticələri əsasında qoyulur. Epidemioloji anamnez toplayarkən şəxsin epidemiyanın geniş yayıldığı ölkələrdə (ilk növbədə, Çin, İtaliya, Cənubi Koreya, İran, ABŞ) olmağına, SARS-CoV-2-yə yoluxmaqda şübhəli bilinən şəxslər və ya diaqnozu laborator analizlə təsdiq edilmiş insanlarla kontaktın olub-olmamasına diqqət edilir.

Xəstəliyin inkubasiya dövrü 14-21 gündür. İlk 3-4 gündə kəskin respirator virus infeksiyasının klinik əlamətləri xarakterikdir: boğazda quruluq və ağrı hissi, qolların və ayaqların sümüklərində və oynaqlarında ağrı, əzələ ağrısı (ən çox boyun əzələlərində), yorğunluq və ümumi zəiflik, quru öskürək, qızdırma, təngnəfəslik. Ən ağır təngnəfəslik xəstəliyin 6-7-ci günündə inkişaf edir. İlk simptomlar arasında baş ağrısı, ishal, ürək bulanması, qusma, ürəkdöyüntüsü də ola bilər. İnfeksiyanın başlanğıc dövründə bu simptomlar bədən temperaturu artmadan da müşahidə edilə bilər.

COVID-19-un klinik təzahürləri aşağıdakılardır: yüngül gedişli kəskin respirator virus infeksiyası, tənəffüs çatışmazlığı olmayan pnevmoniya, kəskin tənəffüs çatışmazlığı olan pnevmoniya, kəskin respirator-distress sindromu, septik şok. COVID-19-un yüngül, orta və ağır formaları var. Ən ağır formalar yaşlı xəstələrdə (65 və yuxarı) inkişaf edir. Ağır hallarda sürətlə inkişaf edən aşağı tənəffüs yollarının xəstəliyi, pnevmoniya, kəskin tənəffüs çatışmazlığı, kəskin respirator distress sindrom, sepsis və septik şok müşahidə olunur. “Sitokin fırtınası” immun sistemin infeksiyaya qarşı şiddətli reaksiyası orqanizmə əhəmiyyətli dərəcədə zərər verir və ağır ağciyər zədələnmələrinə səbəb olur .

SARS-CoV-2 səbəb olduğu infeksiyanın laborator diaqnostikası üçün PCR metodu istifadə olunur. SARS-CoV-2 RNT-nin PCR müayinəsi respirator xəstəliyin klinik simptomları olan, infeksiyaya şübhəli xəstələrlə kontaktı olan, xüsusən də epidemik cəhətdən aktiv bölgələrdən gələnlərdə aparılır. PCR diaqnostikasında saxta mənfi nəticəni istisna etmək üçün ilk müayinədən 5-7 gün sonra dinamik müşahidə aparılmalıdır.

Laborator tədqiqat üçün əsas biomaterial burun-boğaz və ağız-boğaz nahiyələrindən götürülən yaxmadır. Tədqiqat üçün bioloji material, həmçinin aşağıdakılar ola bilər: endotraxeal və nazofaringeal aspirat, bəlğəm, ağciyərin biopsiya və ya autopsiya materialı, qan, sidik və bronxial lavaj suyu.

Bu gün COVID-19-un müalicəsində effektivliyi sübut olunmuş hər hansı bir dərman preparatı yoxdur. SARS-CoV-2 yoluxmuş xəstələr simptomatik terapiya almalıdırlar. Bir sıra dərmanlar, eləcə də xalq təbabəti xəstələrin ümumi halının yaxşılaşmasına və COVID-19 əlamətlərinin yüngülləşdirməsinə kömək edə bilər. DST COVID-19 infeksiyasının qarşısını almaq və ya müalicə etmək üçün antibiotiklər də daxil olmaqla hər hansı bir dərmanla özünü müalicə etməyi tövsiyə etmir. Eyni zamanda, xalq təbabəti vasitələrinin klinik tədqiqatları aparılır. ÜST yeni klinik məlumatlar olduqda yenilənmiş məlumatları yayımlamağa davam edir. SARS-CoV və MERS-CoV koronavirusları ilə əlaqəli atipik pnevmoniyalı xəstələrin klinik təcrübə məlumatlarının təhlili bənzər etioloji təsirli dərmanları birlikdə təyin etməyə imkan verir. Bunlara lopinavir + ritonavir, ribavirin və interferon preparatları (oseltamivir) daxildir. Bu dərmanlar bu gün də COVID-19 olan xəstələrin müalicəsində istifadə olunur.

Kombinə olunmuş dərman lopinavir + ritonavir (kaletra) HİV infeksiyasını müalicə etmək üçün istifadə olunur və virus proteazaların inhibitorudur. Bu dərman MERS-CoV infeksiyasının müalicəsində öz təsdiqini tapmışdır və hazırda yeni SARS-CoV-2 koronavirusunu müalicə etmək üçün istifadə olunur.

Ribavirin virus etiologiyalı infeksiyalar üçün kifayət qədər geniş tətbiq olunan bir antiviral dərmandır. Ribavirin SARS-CoV infeksiyasının Çində, Sinqapurda və digər ölkələrdə müalicəsində tətbiq olunub, lakin dərman vasitəsinin güclü yan təsirlərə səbəb ola biləcəyini nəzərə alınaraq ehtiyatla istifadə edilməlidir (ilk növbədə, anemiya və trombositopeniya).

Simptomatik müalicəyə aşağıdakılar daxildir: qızdırmasalıcı preparatlar (paracetamol), çoxlu isti maye qəbulu (sutkada 2,5 litr), rinit və rinofarengit üçün kompleks terapiya (nəmləndirici / eliminasiyon dərmanlar), vitamin terapiyası (C vitamini yüksək dozalarda). QSİƏ preparatların qızdırmasalıcı məqsədlə istifadəsi tövsiyə edilmir (Brufen, ibuprofen, diklofenak,n imesulid və s.).

Virus əleyhinə immun reaksiya zəiflədiyinə görə qeyri-spesifik immunstimullaşdırıcı terapiya əsaslandırılmış hesab edilə bilər. Mövcud xroniki xəstəlikləri nəzərə alaraq müalicəni davam etdirərkən orqan və sistemlərə əlavə təsiri olmayan dərmanların seçilməsinə xüsusi diqqət yetirilməlidir.

Bir müddət əvvəl köhnə malyariya əleyhinə preparat hidroksixlorokin (plakvenil) ilə azitromisin kombinasiyasına ümid edilirdi. Koronavirus infeksiyasının müalicəsində onun effektivliyi Çin təcrübəsində və Fransada aparılan kiçik bir araşdırmada göstərilmişdi. Bununla birlikdə bir sıra mütəxəssis hidroksixlorokinin effektivliyinin sübut olunmadığını israr edir. Həkimlər insanların kütləvi şəkildə öz-özünə dərman qəbul etmələrindən və sağlamlıqlarına təhlükə yaratmalarından narahatdırlar.

Koronavirus infeksiyasının qarşısının alınması son dərəcə vacibdir. Hava-damcı üsulu ilə ötürülən pandemik virusların profilaktikası müalicədən daha effektlidir. SARS-CoV-2 koronavirus kimi hava-damcı yolu ilə ötürülən viruslarla mübarizə aparmaq üçün təsirli bir vaksin hazırlanmalıdır.

Çox güman ki, koronavirus vaksini tezliklə meydana çıxacaq, çünki vaksin yaratmaq cəhdləri indi bütün dünyada davam edir. ABŞ və Kanadada sınaqların klinik mərhələsi başlanılıb. Qısa müddətdə vaksin hazırlamaq mümkün olsa, bu bir dünya rekordu olacaq.

Dünyadakı insanların gələcək sağlamlığı üçün koronavirusa qarşı kollektiv immunitet yaradılmalıdır, yəni əhalinin 70 faizində virusa qarşı immunitet olmalıdır. Yeni növ koronavirus peyvəndi olmadığı təqdirdə mövsümi qripə qarşı peyvəndin tətbiqinin profilaktik əhəmiyyətinin ola biləcəyi bildirilir.

Bu gün COVID-19 barədə məlumatlar tarixi məyusluq və tələsik qərarlarla yanaşı, həvəsləndirici xəbərlər və nəticələrlə doludur.

 

Lalə Allahverdiyeva 

ATU-nun kafedra müdiri,

tibb elmləri doktoru, professor

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: Yalnız texniki imkanlar itkin düşmüş şəxslər məsələsini həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər VİDEO

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır VİDEO

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik VİDEO

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır VİDEO