Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bütün regionun inkişafını təmin edən yeni düstur

Bütün regionun inkişafını təmin edən yeni düstur

Bakı, 10 oktyabr, AZƏRTAC

Peşəkarlığın, o cümlədən siyasi peşəkarlığın əsas göstəriciləri atılan addımların qətiyyətliliyi, qəbul olunan qərarların davamlılığı, habelə onların ardıcıllığıdır. Təəssüflə deyə bilərik ki, radikal müxalifətçilik bütün dövrlərdə peşəkarlıq məfhumundan çox uzaq dayanıb. Çünki onların fəaliyyəti istisnasız olaraq yalnız qərəzli tənqiddən ibarətdir. Radikal təfəkkür zahirən görünən aqressivliklə yanaşı, hər zaman məsuliyyət hissindən məhrum olub. Bizi artıq təəccübləndirmir ki, ötən illər ərzində radikallar konkret problemlərin həlli və ya konkret sahələrin inkişafı ilə bağlı ünvanlı təkliflər paketini bir dəfə də olsun ictimaiyyətin açıq müzakirəsinə təqdim etməyib. Müasir ictimai münasibətlərdə heç nə etmədən və məsuliyyət daşımadan tənqid etmək kimi hallar artıq adiləşib.

Azərbaycandakı radikal müxalifətin faciəsi isə ikiqatdır. Bu bəla-siyasətçilərin peşəkar kadr resursu yoxdur ki, hər hansı intellektual məhsul hazırlasın və cəmiyyətə təqdim etsin. Elə buna görə də onların özfəaliyyət yaradıcılığı yalnız amorf demaqogiya ilə məhdudlaşır. Bəzən analoji mənzərə məişət və iş yerlərində də müşayiət olunur. İş fəaliyyəti və karyerasını yalnız həmkarlarının tənqidi üzərində qurmuş şəxslər çalışdıqları yerdə heç bir zaman sabit və sağlam iş mühitinin bərqərar olunmasını istəməzlər.

Bu fikirlər politoloq Asif Adilin “Bütün regionun inkişafını təmin edən yeni düstur" sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Eyni sosial-psixoloji qanunauyğunluq beynəlxalq münasibətlər müstəvisində də tətbiq olunur. Birmənalı olaraq deyə bilərik ki, dünyada gərginlik durmadan artır və bunun əsas səbəbkarlarından biri məhz beynəlxalq təşkilatlardır. Artıq hamını bezdirmiş və diplomatik ritorikanın mənasız banallığına çevrilmiş “ikili standartlar siyasəti” söz birləşməsi beynəlxalq təşkilatların fəaliyyətini xarakterizə edən əsas ifadəyə çevrilib. Sözügedən ifadə siyasətçilər tərəfindən bütün şərhlərdə “fonoqram” kimi istifadə olunur. İfadənin arxasında yaşanan faciələr isə “pərdə”nin arxasındaca qalmaqda davam edir.

Bu arada beynəlxalq təşkilatların ikili yanaşmasına otuz il səbir etmiş Azərbaycanın Qələbəsi və Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində regionda mahiyyət etibarilə titanik dəyişikliklər baş verir. İstisna olunmur ki, radikalların bütün qərəzli və emosional demaqogiyasının məqsədi məhz elə baş verən tarixi hadisələrin - uğurların mahiyyətinin ucuzlaşdırılmasıdır.

Etiraf etməliyik ki, ucuz demaqogiyanın sosial şəbəkələrdə müəyyən mənada “populyarlığı”, habelə publisist analitikanın qıtlığı səbəbindən ölkənin siyasi ritorikası, yumşaq desək, durğunluq dövrünü yaşayır. Bəsit musiqilər cəmiyyətdə kütləvi zövqsüzlüyün formalaşmasına səbəb olduğu kimi, peşəkarlıq və obyektivlikdən uzaq olan qərəzli demaqogiya da əhalinin ictimai şüurunda yanlış stereotiplərin formalaşmasının əsas səbəblərindəndir. Bu, kifayət qədər təhlükəli tendensiyadır. İnsanları klassik musiqidən zövq almağa məcbur etmək mümkünsüz olduğu kimi, zamanla emosional demaqogiyanı da obyektiv, peşəkar və rasional siyasətdən ayırd etmək çətin olur.

Ölkəmizin təşəbbüsləri və birbaşa iştirakı sayəsində regionda dinamik dəyişikliklər baş verməkdədir. Dəyişiklərin mahiyyəti sözün əsl mənasında tarixi əhəmiyyətə malikdir. Hadisələrin dinamikası, məzmunu və strateji əhəmiyyəti aparılan informasiya siyasətində kəmiyyətdən keyfiyyətə keçməsini tələb edir. Müasir dövrün xüsusiyyətləri təbliğat işində informasiyanın sadəcə tirajlanması ilə məhdudlaşmamasını tələb edir. İnformasiyaların həm də mütləq olaraq cəmiyyət tərəfindən rahatlıqla və doğru şəkildə “həzm” olunacaq səviyyədə təqdim olunmasına diqqət yetirilməlidir.

Qeyd olunan konteksti inkişaf etdirərək cəmi bir epizoda diqqət yetirək. Prezident İlham Əliyev cari il oktyabrın 8-də Gürcüstana işgüzar səfəri zamanı Tbilisidə mətbuata bəyanatında toxunduğu məsələlər və səsləndirdiyi mesajlar bilavasitə ölkəmiz tərəfindən reallaşdırılan böyük siyasətin sözün əsl mənasında təcəssümüdür. Dövlət başçısının həyata keçirdiyi bu siyasət ölkəmizin hər bir vətəndaşının qürur mənbəyi və fəxr hisslərinin səbəbi olmalıdır. Qalib ölkə olan Azərbaycan dövləti və xalqı regiona sülh gətirmiş və bütün bölgənin dayanıqlı inkişafını təmin edəcək yeni təşəbbüslərlə çıxış edir. Bu gün Prezident İlham Əliyevin siyasəti məhz bu cür yanaşma ilə bu kontekstdə xarakterizə edilə bilər. Belə ki, Prezident İlham Əliyevin bəyanatında yer alan “Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb” fikri regionun bütün dövlətlərinə yönəlmiş açıq sülh və barış mesajıdır. Razılaşın ki, qalib olmuş tərəfin sülh və barış mesajının çəkisi və dəyəri tamamilə fərqlidir. Göstərilən kontent mütləq gənc nəslin vətənpərvərlik və özünəinam ruhunda formalaşdırma prosesinin ayrılmaz ideoloji parçası olmalıdır.

Prezident İlham Əliyevin həmin çıxışındakı daha bir əlamətdar fikrə diqqət yetirək: “İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”. Beləliklə, Prezident İlham Əliyev dolayısı ilə ona işarə edir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olanlar regionun inkişafını istəməyən ölkələrdir. Burada hər hansı üçüncü ölkənin Azərbaycana və ya Ermənistana olan fərdi münasibətindən söhbət gedə bilməz. Sülhə maneə yaradanlar regionun ümumiyyətlə inkişafını istəməyənlərdir.

Prezident İlham Əliyev əslində bütün regionun dayanıqlı inkişafını təmin edə biləcək vacib məqamlara işarə etməklə, eyni zamanda, yeni geosiyasi düsturu beynəlxalq ictimaiyyətin diqqətinə təqdim etmiş olur: “Regionda yerləşən ölkələrin balanslaşdırılmış inkişafı bütün regionun dayanıqlı inkişafının təminatıdır”. Bu, olduqca ədalətli, məsuliyyətli və əsl demokratik yanaşmanın təzahürüdür. Azərbaycan Prezidentinin bu cür yanaşması və sülh haqqındakı təsəvvürləri bütün qərəzli tənqidləri heçə endirir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb