“C” kateqoriyalı məşqçilik kursu başa çatıb
Naxçıvan, 10 mart, AZƏRTAC
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş məşqçilik kursunun üçüncü mərhələsi başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur Olimpiya İdman Kompleksində təşkil olunan təlimlərdə futbol üzrə Azərbaycan milli komandasının köməkçi məşqçisi Arif Əsədov, AFFA-nın Maarifləndirmə şöbəsinin təlimatçıları İlkin Hüseynov və İlham Əzizzadə iştirak ediblər.
Kursa muxtar respublikanın müxtəlif bölgələrindən 15 məşqçi qatılıb. Məşqçilər gün ərzində 2 dəfə nəzəri və praktik məşğələlər keçiblər. Onlardan praktiki, şifahi və yazılı imtahan götürülüb.
Qeyd edək ki, imtahanların yekun nəticəsinə əsasən uğur qazanan iştirakçılara “C” kateqoriyalı məşqçi lisenziyası veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:19]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:15]
Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO
- 08.10.2026 [17:01]
Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb
- 08.10.2026 [16:04]
ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir
- 08.10.2026 [15:22]
Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO
- 08.10.2026 [14:35]