Cari ildə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 7,3 milyard manat olub
Bakı, 17 mart, AZƏRTAC
Yanvar-fevral aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 7,3 milyard manat olmaqla 2020-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 6 faiz azalıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 6,1 faiz azalaraq 7 milyard manata bərabər olub, onun 47,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 366,8 manat və ya keçən ilin eyni dövrünün göstəricisindən nominal ifadədə 9,7 manat az vəsait xərcləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [13:32]
İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib
- 10.06.2026 [13:24]
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
- 10.06.2026 [13:19]
Qlobal LNG ticarəti ötən il 5 faiz artıb
- 10.06.2026 [13:18]
Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb
- 10.06.2026 [12:56]