DÜNYA
Cari ilin üçüncü rübündə Almaniya iqtisadiyyatı böyüyüb
Berlin, 30 oktyabr, AZƏRTAC
Bu ilin üçüncü rübündə Almaniya iqtisadiyyatında artım qeydə alınıb.
AZƏRTAC “Şpigel” qəzetinə istinadla xəbər verir ki, iyul-sentyabr aylarında ümumi daxili məhsul əvvəlki rüblə müqayisədə 0,2 faiz artıb.
“Reuters” agentliyinin bir müddət əvvəl keçirdiyi sorğuda iştirak edən ekspertlər yayda Almaniya iqtisadiyyatında 0,1 faiz azalma olacağını proqnozlaşdırsalar da, ikinci rübdə ölkə iqtisadiyyatında kiçilmə bu proqnozları da ötərək 0,3 faiz təşkil edib.
Bununla yanaşı, iqtisadiyyatda mənfi göstəricilərin qeydə alındığı ardıcıl iki rübdən sonra durğunluq gözlənilsə də, üçüncü rübün nəticələri bu baxımdan ümid vəd edir. Yerli iqtisadiyyat üçün ən mühüm göstərici olan IFO - Biznes Mühiti İndeksi, ardıcıl dörd mənfi göstəricidən sonra oktyabrda yenidən artıb.
Elvin Mövsümov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin