“CASPİAN ENERGY KUBOKU” UĞRUNDA BEYNƏLXALQ UŞAQ FUTBOL TURNİRİNİN VAXTI DƏYİŞDİRİLMİŞDİR
Xəzər İnteqrasiya İşgüzar Klubundan (CİBC) AZƏRTAC-a bildirmişlər ki, bu ilin sentyabrına planlaşdırılmış beynəlxalq uşaq klub futbol turniri texniki səbəblərdən 2008-ci ildə keçiriləcəkdir. Yarışlarda Xəzər, Qara dəniz və Baltikyanı ölkələrinin komandaları iştirak edəcəklər.
Hər il keçiriləcək “Caspian Energy Kuboku” uğrunda yarışların birinci turnirində Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, İran, Türkmənistan, Bolqarıstan, Ukrayna, Latviya və Litvanın on iki uşaq futbol komandasının iştirakı nəzərdə tutulmuşdur.
Birinci turnirin final oyunu Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcəkdir. Sonrakı turnirlər isə əvvəlki yarışda qalib gəlmiş komandanın məxsus olduğu ölkədə təşkil ediləcəkdir.
CİBC-in prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirmişdir ki, turnir uşaq futbolunun inkişafına daha böyük diqqətin yetirilməsinə, geniş vüsət almasına yol açacaq, həmçinin ticarət təşkilatlarının vəsaitlərinin cəlb edilməsi üçün əlavə zəmin yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]