CƏBHƏ XƏTTİNDƏ NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLƏCƏKDİR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 21-də Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin Ağdam rayonunun Yusifcanlı kəndi sahəsində, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və və Kennet Pikles keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Yurgen Şmidt və Miroslav Vimetal icra edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]