Cəbrayıl rayonunun Tatar kəndi FOTO
Bakı, 13 yanvar, AZƏRTAC
Cəbrayıl rayonunun Tatar kəndi eyni adlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Tatar kəndinin görüntülərini təqdim edir.