Cəbrayıl rayonunun Xələfli kəndi FOTO
Bakı, 7 yanvar, AZƏRTAC
Cəbrayıl rayonunun Xələfli kəndi eyni adlı inzibati ərazi dairəsində yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 23-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Xələfli kəndinin görüntülərini təqdim edir.