Cəlilabad rayonunun Göytəpə şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş mərasim olmuşdur
Cəlilabad, 27 fevral (AZƏRTAC). Cəlilabad rayonunun Göytəpə şəhərində Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri vəhşiliklərdən ətraflı söhbət açmış, mənfur düşmənlərimizin Xocalı şəhərində törətdikləri vəhşilikləri soyqırımı olduğunu diqqətə çatdırmış, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının Xocalı qətliamına hüquqi qiymətin verilməsinin vacibliyini vurğulamışlar.
Çıxışlarda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə düşmən tapdağı altında qalan Azərbaycan torpaqlarının, o cümlədən Xocalı şəhərinin tezliklə azad ediləcəyinə əminlik ifadə edilmişdir.
Rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında Xocalı soyqırımına həsr olunmuş “Sən ağlama, mən ağlayım qərənfil!” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbir başa çatdıqdan sonra Cəlilabad rayonunda məskunlaşmış Xocalı şəhər sakini Zakir Ələkbərovun ailəsinə maddi yardım göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]