CƏMİYYƏT FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR
Gəncədəki “Şərab-2” Açıq Səhmdar Cəmiyyəti istehsal sahələrini genişləndirməklə hər il yüksək göstəricilərə nail olur. Təkcə keçən il burada 26 milyard manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilə nisbətən 10 milyard 700 min manat çoxdur. Daim yeniliyə can atan müəssisə kollektivi keçən il sex və sahələrdə 10 milyard manatlıq yenidənqurma işləri aparmışdır. İtaliyadan gətirilmiş avadanlıqlar hesabına istehsalat sahələri tamamilə müasirləşdirilmiş, respublikada analoqu olmayan spirt emalı sahəsi istifadəyə verilmişdir. Cəmiyyətin icraçı direktoru Saleh Babazadə AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir ki, bir neçə ildir yeni üzüm bağlarının salınmasına da başlanmışdır. Qısa vaxt ərzində 300 hektar sahədə bu iş başa çatdırılmışdır. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində keçən il 195 yeni iş yeri açılmışdır. Hazırda işçilərin orta aylıq əməkhaqqı 500 min köhnə manatıdır ki, bu rəqəm də son hədd deyildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]