Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Azərkitab”ın təşkilatçılığı ilə kursantlarla görüş keçirilib
Bakı, 30 sentyabr, AZƏRTAC
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Heydər Əliyev Muzeyində “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin təşkilatçılığı ilə kursantlarla görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə memarı olduğu hərbi liseydə hərbçilərlə keçirdiyi görüşləri əks etdirən fotoguşə ilə tanış olublar.
Sonra yazıçı-bəstəkar Aysel Kərimova gələcəyin zabitləri olacaq kursantların qarşısında hərbi- vətənpərvərlik mövzusunda çıxış edib.
Sonda Azərbaycanın tanınmış şair və yazıçılarının, həmçinin gənc yazarlarının yeni çapdan çıxmış kitabları kursantlara hədiyyə olunub.