Cənubi Koreya Prezidentinin dəstək reytinqi 20 faizə enib
Bakı, 13 sentyabr, AZƏRTAC
Cənubi Koreya Prezidenti Yun Sok Yolun dəstək reytinqi vəzifədə olduğu müddətdə rekord həddə azalaraq 20 faizə enib.
AZƏRTAC xəbər verir ki, bu göstərici “Gallup Korea” sosioloji xidmətinın keçirdiyi ictimai rəy sorğusunda əksini tapıb.
Sorğunun nəticələrinə görə, respondentlərin 20 faizi prezidentin fəaliyyətini müsbət, 70 faizi isə mənfi qiymətləndirib. Ölkə üzrə 18 yaşdan yuxarı 1002 insan iştirak etdiyi sorğu sentyabrın 10-12-də aparılıb.
“Gallup Korea” bildirib ki, fəaliyyətin 20 faizlik bəyənmə nisbəti andiçmə mərasimindən bəri ən aşağı göstəricidir. Yun Sok Yolun dəstək reytinqi beş ay ərzində - aprel ayından bəri 30 faizlik həddi keçə bilməyib. Onun populyarlığının pik həddi (53 faiz) inauqurasiyadan bir ay sonra - 2022-ci ilin iyununda qeydə alınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]
ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib
- 13.10.2026 [18:04]
Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir
- 13.10.2026 [17:37]
Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA
- 13.10.2026 [17:14]