CƏNUBİ QAFQAZ QAZ KƏMƏRİNİN AZƏRBAYCANDANKEÇƏN HİSSƏSİNİN TİKİNTİSİ İLİN SONUNADƏK BAŞA ÇATACAQ
bp-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Cənubi Qafqaz qaz kəmərinin Azərbaycan ərazisindən keçən 442 kilometrlik hissəsində tikinti işlərinin 70 faizdən çoxu başa çatmışdır. 440 kilometr məsafədə borular uc-uca düzülmüş, 335 kilometr məsafədə qaynaqlanmış, 322 kilometr məsafədə isə boruların üstü torpaqla örtülmüş, Kür çayının altından keçən tunelin çəkilişi tamamlanmışdır. Ölkəmizin ərazisində çay, şose, dəmir yolu ilə kəsişən təxminən 1500 yerdə tunellər çəkilmişdir. Kəmərin Azərbaycan hissəsinin tikintisi bu ilin sonunadək başa çatacaqdır.
“Şahdəniz”dən ilk qazın çıxarılmasına gələn ilin sentyabrından başlanacaq və bu kəmər vasitəsilə ildə 20 milyard kubmetr qaz nəql olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [16:20]
Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb
- 06.10.2026 [16:04]